7 may 2025 - 08:42
ABŞ və İngiltərə işğalçı qüvvələrinin Sənaya hücumu nəticəsində 16 yəmənli mülki şəxs yaralanıb

Nazirlik işğalçı qüvvələrin bu hücumunu mülki şəxslərə qarşı akt, beynəlxalq və humanitar müqavilə və qanunların açıq şəkildə pozulması kimi qiymətləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ və İngiltərə işğalçı qüvvələrinin Yəmənin paytaxtında yaşayış məntəqəsinə endirdiyi hava hücumundan sonra ölkənin Səhiyyə Nazirliyi azı 16 mülki şəxsin yaralandığını bildirib.

Yəmənin Səhiyyə və Ətraf Mühit Nazirliyi ABŞ və İngiltərə işğalçı qüvvələrinin Səna şəhərinin “Şuub” rayonunda yerləşən “Əl-Ərbəin” küçəsindəki “Səvvan” bölgəsinə endirdiyi zərbə nəticəsində 16 Yəmən vətəndaşının yaralandığını açıqlayıb.

Nazirlik işğalçı qüvvələrin bu hücumunu mülki şəxslərə qarşı akt, beynəlxalq və humanitar müqavilə və qanunların açıq şəkildə pozulması kimi qiymətləndirib.

Sizin rəyiniz

You are replying to: .
captcha