Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Kiberməkan üzrə Ali Şurasının üzvü və ölkənin Milli Kiberməkan Mərkəzinin rəhbəri doktor Seyyid Məhəmməd Əmin Ağamiri onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani ilə görüşüb.
Ayətullah Ramazani görüşün əvvəlində Assambleyanın media imkanlarına toxunaraq deyib: “ABNA Xəbər Agentliyi 27 dildə fəaliyyət göstərən Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının mühüm media imkanlarından biridir və bu xəbər agentliyinin hər dili özü ayrıca xəbər agentliyidir.
O, bildirib: “Ərəbcə yayımlanan Səqlayn Şəbəkəsi Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının digər media imkanlarından biridir və bu şəbəkə müxtəlif ölkələrdə auditoriyaya malikdir.”
Milli Kiberməkan Mərkəzinin rəhbəri doktor Seyid Məhəmməd Əmin Ağamiri virtual həyat təcrübəsini təqdim etməyi zəruri hesab edib.
O, aydınlıq gətirərək bildirib: “Əgər cəlbedici həyat təcrübəsi kiberməkan vasitəsilə geniş ictimaiyyətə təqdim olunarsa, bu, bizim üçün bir üstünlük olacaq və diskurs vermək üçün ən vacib vasitə həyat təcrübəsinin ötürülməsidir. Belə olan halda biz virtual həyat platforması ilə nümunəvi cəmiyyət yarada bilərik.”
Milli Kiberməkan Mərkəzinin rəhbəri kiberməkanla məsafələrin daralması ilə bağlı verdiyi açıqlamada bildirib: “Kiberməkan bütün dünyada insanlar arasındakı coğrafi məsafələri aradan qaldırıb və bu, bizim üçün əla fürsətdir, lakin diqqətli olmasaq, zərər verə bilər.”
Sizin rəyiniz