2 may 2025 - 06:48
Əmmar Həkim: Həşdu-Şəbi (Xalq Səfərbərlik Qüvvələri) İraqın təhlükəsizliyində mühüm rol oynayır!

İraq Milli Hikmət Hərəkatının lideri vurğuladı ki, Xalq Səfərbərlik Qüvvələri (Həşdu-Şəbi) ölkənin müdafiəsində mühüm rol oynayır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Həkim Həşdu-Şəbinin (İraq Xalq Səfərbərlik Qüvvələri) əməliyyat qərargahına səfəri zamanı bu təşkilatın İraqın qorunmasında mühüm rol oynadığını qeyd edərək bildirib: “Əgər tökülən bu pak və günahsız qanlar olmasaydı, İraq azad olunmazdı!”

O, Xalq Səfərbərlik Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin fədakarlıq və səylərinə toxunaraq, təhlükəsizlik tədbirlərinin davam etdirilməsinə və nailiyyətlərin qorunub saxlanmasına təkid edib.

Seyyid Həkim təhlükəsizlik tədbirlərində kəşfiyyat məlumatlarından istifadənin, müasir texnologiyalar, texnologiya və süni intellektdən istifadənin vacibliyini vurğulayaraq bildirib: “Xalq Səfərbərlik Qüvvələri daim nəzarət altındadır və bu məsələ ehtiyatlılıq və sayıqlıq tələb edir, çünki bu təşkilatın şərəf və nüfuzunu qorumaq hər kəsin borcudur.”

Cənab Seyyid Əmmar Həkim Xalq Səfərbərlik Qüvvələrinin rolunu yüksək qiymətləndirməklə yanaşı, xalqın səsinin eşidilməsinə, problemlərin həllinə, görülən işlərin izah olunmasına çağırıb.

O qeyd edib ki, İraqda olan sabitlik bir çox ölkədə olmaya bilər və bu, Allahın lütfü və Xalq Səfərbərlik Qüvvələri və digər təhlükəsizlik qüvvələrinin fədakarlığı ilə bağlıdır.

Seyyid Əmmar Həkim daha sonra deyib: “Terror, təhlükəsizliyin dəyərini və iraqlıların bir-birini dəstəkləməsinin vacibliyini dərk etmək üçün bir fürsətdir və əgər bu problem olmasaydı, İmam Sistaninin fitvası ilə Xalq Səfərbərlik Qüvvələri yaradılmazdı!”

O, əlavə edib ki, terrorizm Səddamın Baas rejiminə xidmət edib və bu, bəzi terrorçu liderlərin etiraflarından, onların keçmiş rejimdəki tarixlərindən və mövqelərindən aydın olur, çünki onlar razılaşdırılmış qrafiklərə uyğun olaraq Bağdada daxil olmağı planlaşdırırdılar, lakin onlar bu mübarək fitvanı ki, onun bəhrəsi müdafiə cihadına və Xalq Səfərbərlik Qüvvələrinin yaradılmasına gətirib çıxartdı, nzərə almamışdırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha