23 aprel 2025 - 23:16
“İmam Sadiq (ə) və Dörd Fikir Məktəbi” kitabının birinci cildinin tərcüməsi İndoneziyada nəşr olunub.

Müəllif, həmçinin İmam Sadiqin (əleyhi səlam) həmin dövrlərdəki həyatından, Cəfəri məzhəbinin mövqeyindən, onun dörd sünni məzhəbinə təsiri və Fru və Üsuli dinin müxtəlif sahələrində onlarla olan ixtilaflarından bəhs etmişdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Mədəniyyət Xidmətləri və Nəşrləri Baş İdarəsinin səyləri ilə “İmam Sadiq (ə) və Dörd Fikir Məktəbi” kitabının birinci cildi İndoneziya türkcəsinə tərcümə edilərək İndoneziyada nəşr olunub.

Bu kitab İmam Sadiqin (əleyhi səlam) Şiə əqli sistemində tutduğu mövqe və onun digər İslam məzhəblərinə təsiri haqqındadır. Müəllif bu əsərində İslam tarixini və fiqh məzhəbləri sisteminə təsir edən hadisələrin baş verməsində rol oynayan dövrləri araşdırır.

Müəllif, həmçinin İmam Sadiqin (əleyhi səlam) həmin dövrlərdəki həyatından, Cəfəri məzhəbinin mövqeyindən, onun dörd sünni məzhəbinə təsiri və Fru və Üsuli dinin müxtəlif sahələrində onlarla olan ixtilaflarından bəhs etmişdir.

Əməvi və Abbasi rejimlərinin hakimiyyət kürsüsünə gəldikləri zaman arasındakı fasilədə İmam Sadiqin (əleyhi səlam) gördüyü işlər, İmam Sadiq (əleyhi səlam) və onun tələbələri və hədis ravilərinin şəxsiyyətinin müəyyən edilməsi, dövrün hökmdarlarını tanıtmaq, dörd məzhəbin necə formalaşdığını və yayılmasını izah etmək, məzhəblər arasında ixtilaf prosesini təsvir etmək, Cəfəri məzhəbinin necə yayılması və Əbu Hənifni tanımaq bu kitabın əsas mövzusudur.

Qeyd edək ki, Əsəd Heydərinin  təlif etdiyi "İmam Sadiq (ə) və Dörd Fikir Məktəbi" kitabı İndoneziya dilinə Əmmar Fəuzi tərəfindən tərcümə edilmiş və Vəziri nəşrində nəşr edilmişdir.

Sizin rəyiniz

You are replying to: .
captcha