Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tunis məhkəməsi müxalifət liderləri, iş adamları və vəkilləri milli təhlükəsizliyə qarşı çevrilişdə ittiham edərək 13 ildən 66 ilə qədər həbs cəzasına məhkum edib.
Dövlət təhlükəsizliyinə qarşı təxribat işi Tunisdə bir sıra tanınmış müxalifət xadimlərinin mühakimə olunduğu ən mübahisəli işlərdən biridir. Təqsirləndirilən şəxslərin müdafiə qrupu heç bir hökmü tanımayacağını açıqlayıb.
Məhkəmədə 40-a yaxın adam, o cümlədən tanınmış siyasətçilər və iş adamları, Respublikaçılar Partiyasının rəhbəri Essam Əl-Şaabi, Demokratik Cərəyanın keçmiş baş katibi Qazi Əl-Şavaşi, konstitusiya hüququ professoru Cövhər Bin Mübarək, əl-Nehza Partiyasının keçmiş rəsmisi Əbdul Həmid Jəlasi və digərləri iştirak edir.
Müttəhimlər 2023-cü ildə prezident Qays Səidə qarşı çevriliş etmək üçün terror qruplaşması yaratmaq, milli təhlükəsizliyə qarşı təxribat və terror cinayətləri törətməyə cəhd, habelə maliyyə korrupsiyası ittihamları ilə həbs ediliblər.
Prezident Qeys Səid-in əleyhdarları və tənqidçiləri və müttəhimlərin ailələri Tunis müxalifət liderlərinin məhkəməsini faktlardan məhrum və ittihamları əsassız hesab edir və icra hakimiyyətinin məhkəmə sisteminə müdaxiləsi səbəbindən məhkəmənin siyasi olduğunu düşünürlər.
Sizin rəyiniz