16 aprel 2025 - 12:01
Yəmənin Həccə əyalətində ABŞ işğalçı qüvvələrinə məxsus 23-cü MQ-9 pilotsuz təyyarəsi məhv edildi

Yəmən silahlı qüvvələrinin sözçüsü bəyan edib ki, biz Amerika pilotsuz təyyarəsini yerli istehsal olan yer-hava raketi ilə vurmuşuq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəmənin müdafiə sisteminin ABŞ işğalçı rejiminin daha bir modern MQ9 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Briqada generalı Yəhya Səre-nin verdiyi açıqlamada bildirib: “Bu, son iki həftə ərzində vurduğumuz dördüncü pilotsuz təyyarə və “Vəd edilmiş Fəth” döyüşü zamanı on doqquzuncu pilotsuz təyyarədir.”

Yəmən Silahlı Qüvvələrinin hərbi sözçüsü bəyan edib: “Bizim hərbi potensialımıza heç bir zərbə vurulmayıb və Amerikanın ölkəmizə qarşı təcavüzü məğlubiyyətdən başqa heç nə ilə nəticələnməyəcək.”

Bu pilotsuz təyyarənin vurulması ilə Yəmən ordusu tərəfindən vurulan Amerika MQ-9 pilotsuz təyyarələrinin sayı 23-ə çatıb ki, onlardan 19-u “Əl-Fəth Əl-Mavud və Əl-Cihad Əl-Maqdis” döyüşü zamanı məhv edilib, 4 pilotsuz təyyarə isə Səudiyyə vəhhabi rejimi ilə ABŞ-ın təşkil etdiyi işğalçı koalisiya qüvvələrinin Yəmən ərazisinə hərbi təcavüzü zamanı hədəf alınaraq vurulub.

Sizin rəyiniz

You are replying to: .
captcha