5 aprel 2025 - 23:56
Dünya Müsəlman Alimləri Birliyi: Sionist rejimə qarşı cihad tək-tək müsəlmana vacibdir

Dünya Müsəlman Alimləri Birliyi Qəzzəyə dəstək olaraq cihadın vacibliyinə dair fətva verib və vurğulayıb ki, işğal olunmuş ərazilərdə Qəzzə xalqının soyqırımında şərik olan sionist rejim və onun muzdluları və hərbçilərinə qarşı cihad obyektiv bir öhdəlikdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümumdünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi sionist rejimin ABŞ-ın dəstəyi və beynəlxalq ictimaiyyətin, İslam və ərəb ölkələrinin susqunluğu sayəsində davam edən cinayətləri və soyqırımından təəssüf hissi keçirərək, kədərləndiyini və davam edən bu fəlakətlə bağlı Allahın alimlərə verdiyi əmanətə dini hökmlərə uyğun olaraq hər bir müsəlmanın vəzifəsi belədir.

1. Cihadın zəruriliyi: Əvvəlki fətvalara bir daha vurğulanaraq, işğal olunmuş ərazilərdə Qəzzə xalqının soyqırımın törədən sionist rejim və bu cinayətdə şərik olan onun muzdluları və hərbçilərinə qarşı cihad obyektiv öhdəlikdir. Əvvəlcə Fələstin xalqına, sonra Misir, İordaniya, Livan kimi qonşu ölkələrə, sonra isə bütün İslam ölkələrinə vacibdir.

2. Düşmənə kömək etmək haramdır: Qəzzə müsəlmanlarını öldürməkdə kafir düşmənə hər hansı bir şəkildə kömək etmək haramdır; Silahların satışından tutmuş Süveyş kanalı, Bab əl-Məndəb, Hörmüz boğazı və ya hər hansı digər dəniz, quru və ya hava yolu ilə keçidə icazə verməyə qədər.

3. Yanacaq, qida və ehtiyacların təmin edilməsinin qadağan edilməsi: Neft, qaz, ərzaqın və Qəzzaya qarşı müharibədə istifadə olunan hər hansı malların (İsrailə) verilməsi qadağandır. Sionist rejimə məhəbbət və ya İslam müqaviməti ilə düşmənçilik üçün bunu edən hər kəs mürtəd sayılır. (P.S: Bu bənd ələlxüsus əliyevlər sülaləsinə aiddir)

4. İslam hərbi ittifaqının yaradılmasının zəruriliyi: İslam ölkələri İslam torpaqlarını və öz xalqlarını müdafiə etmək üçün dərhal və vahid hərbi ittifaq yaratmalıdırlar.

5. Sionist rejimlə müqavilələrin nəzərdən keçirilməsi: İşğalçı rejimlə müqavilələri olan İslam ölkələri onları nəzərdən keçirməli və bu (sionist) rejim (Fələstin, Livan Suriya və s ölkələr ilə bağlı) öz öhdəliklərini pozarsa, qəti mövqe nümayiş etdirməlidir.

6. Maddi cihadın vacibliyi: Varlılara vacibdir ki, mallarını (yalnız zəkat deyil) mücahidləri təchiz etmək və şəhid ailələrini dolandırmaq üçün xərcləsinlər.

7. Sionist rejimlə münasibətlərin normallaşdırılmasına qadağa: İşğalçı rejimlə hər hansı əlaqə qadağandır və bu rejimlə əlaqələri normallaşdıran İslam ölkələri üçün isə əlaqələrini kəsmək vacibdir.

8. Alimlərin vəzifəsi: Alimlərin vəzifəsi sükutu pozmaq, işğalçı rejimə qarşı cihadın vacibliyini bəyan etmək, dini və tarixi vəzifələrini yerinə yetirmək üçün zalım hökmdarlara və ordularına təzyiq göstərməkdir.

9. Tam boykotun zəruriliyi: Siyasi (diplomatik əlaqələrin kəsilməsi), iqtisadi (düşməndən avadanlıq alınmasının qadağan edilməsi), mədəni və elmi sanksiyaların tətbiqi zəruridir və sionist qəsəbələri tikən şirkətlərə sərmayə qoyuluşu dayandırılmalıdır.

10. ABŞ hökumətinə çağırış: Qəzzanı dəstəkləycəyinə söz vermiş Tramp administrasiyasına müraciət və Amerika müsəlmanlarını öz hökumətlərinə siyasi təzyiq göstərməyə çağırmaq.

11. Sionist rejimi dəstəkləyən şirkətləri boykot etməyə davam edin: Bu iş, xüsusən də rejimə birbaşa silah verən ölkələrə qarşı təsirli olub və davam etdirilməlidir.

12. Xalq dəstəyi: Müsəlmanlar Qəzza əhalisinin qida, dərman və yanacaq ehtiyaclarını hər cür təmin etməlidirlər. Hökumətlər bu işdə müsəlmanlara mane olarsa, məzlumları dəstəkləməkdə Allaha itaət etmək zalım hökümətlərə itaətdən üstündür.

13. Müsəlman Birliyi: Müsəlman birliyi, fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin qruplarını, hökumətləri və İslam institutlarını birləşdirmək indi həmişəkindən daha çox vacibdir.

14. Qəzzə üçün dua: İnsanlar namazlarda, xüsusilə nafilə və fərz namazlarında Qəzzə camaatının qələbəsi üçün dua etməli və bütün hallarda Allahdan kömək istəməlidirlər.

15. Qəzzə xalqının dəstəkçilərinə təşəkkürlər: Nəhayət, Qəzzə xalqına dəstək olan ölkələrə, qurumlara, şəxslərə və hətta (anti-sionist) yəhudilərə təşəkkürlər.

Sizin rəyiniz

You are replying to: .
captcha