26 mart 2025 - 11:27
İran xalqı Qüds günü yürüşündə iştirak edərək fələstinli döyüşçülərə kömək etməyə hazır olduğunu bildirməlidir.

Bəyanatda deyilir: Qüds günü İslam xalqının dirçəliş günü və vahid İslam xalqının qüdrətinin nümayişidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Camieyi Modərrisine Hövzəye Elmiyyei Qom-Qum Elmi Hövzəsinin Müəllimləri Dərnəyi Beynəlxalq Qüds Günü ərəfəsində bəyanat yayaraq, xalqın bütün təbəqələrini bu gün yürüşdə fəal iştirak edərək Fələstin İslami müqavimətinə dəstəklərini bir daha ifadə etməyə çağırıb.

Bəyanatda deyilir: Qüds günü İslam xalqının dirçəliş günü və vahid İslam xalqının qüdrətinin nümayişidir.

Qəhrəman və mübariz İran xalqının, xüsusilə də qeyrətli gənclərin Beynəlxalq Qüds Günü yürüşündə coşğulu və epik şəkildə iştirakı Fələstinin məzlumlarına dəstək bəyannaməsi və qlobal təkəbbür və cinayətkar sionizmlə mübarizə yolunu davam etdirmək üçün mərhum İmamla bağladıqları əhdin təzələnməsidir.

Ümid edirik ki, əziz xalqın bütün təbəqələri bu beynəlxalq gündə fəal iştirak edəcək və Fələstin İslami müqavimətinə dəstəklərini və Fələstin döyüşçülərinə kömək etməyə hazır olduqlarını bir daha bəyan edəcəklər.

Şübhəsiz ki, oruc tutan möminlərin bu gündəki sabit addımları İsraillə mübarizədə böyük cihaddır.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha