21 dekabr 2025 - 19:38
Source: IRNA
İran şimal-şərq sərhəd bölgələrində qarda qalan 2 mindən çox qeyri-qanuni Əfqanıstan vətəndaşını xilas etdi

İran İslam Respublikasının sərhəd keşikçiləri ölkənin şimal-şərq sərhəd bölgələrində qarda qalan 2 mindən çox qeyri-qanuni Əfqanıstan vətəndaşını xilas ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Taybad rayonunun İslam İnqilabı üzrə prokuroru bildirib: İranın şimal-şərqində, İran–Əfqanıstan sərhəd bölgələrində güclü qar yağışı və çovğun nəticəsində çətin vəziyyətdə qalan 2 min 106 qeyri-qanuni Əfqanıstan vətəndaşı silahlı qüvvələrin köməyi ilə xilas olunub.

Höccət Siddiqinin sözlərinə görə, həmin şəxslər ölkəyə qeyri-qanuni daxil olmamışdan əvvəl çətin keçilən sərhəd ərazilərində aşkar edilib, onlara operativ şəkildə yardım göstərilib, tibbi və zəruri humanitar xidmətlər təqdim olunub.

O qeyd edib: Bu şəxslər tibbi müayinədən keçirildikdən və müvafiq qanuni prosedurlar başa çatdırıldıqdan sonra Əfqanıstanın aidiyyəti qurumlarına təhvil verilib.

Sizin rəyiniz

You are replying to: .
captcha