Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada qüvvələrin ABŞ ordusuna qarşı yeni əməliyyatı barədə məlumat verib.
O, bu barədə verdiyi açıqlamasında deyib: “ABŞ-ın təcavüzünə cavab olaraq 18 ballistik və qanadlı raket və pilotsuz təyyarə ilə ABŞ-ın təyyarədaşıyan USS Harry Truman gəmisini hədəfə aldıq.”
Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb: “Ölkəmizə qarşı təcavüzə cavab olaraq Qırmızı dəniz və Ərəbistan dənizindəki bütün Amerika hərbi gəmilərini hədəfə almaqdan çəkinməyəcəyik.”
Briqada generalı Yəhya Səri əlavə edib: “Amerikalı düşmən qüvvələri bir gün öncə ölkəmizə 47-dən çox hücumla paytaxt Sənanı və 7 əyaləti hədəfə alıb.”
ABNA Xəbər Agentliyi
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz