17 fevral 2025 - 05:30
Mərakeş; Xalq Fələstini, dövlət isə faşist İsrail rejimini dəstəkləyir

Mərakeşdə on minlərlə insan Fələstin məsələsinə dəstək nümayişlərində iştirak edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mərakeş hökuməti Donald Trampın Ağ Evdəki ilk dövründə rüsvayçı İbrahim razılaşmalarına əsasən, sionist rejimlə münasibətləri normallaşdırmağa cəhd etsə də, bu ölkənin xalqı fələstinliləri dəstəkləməkdə davam edir.

Buna uyğun olaraq, Mərakeşin 56 şəhərinin əhalisi ölkənin müxtəlif bölgələrində 105 nümayiş keçirərək İslami Müqavimət Oxuna və Fələstin davasına qəti şəkildə dəstək olduqlarını vurğulayırlar.

Nümayişçilər həmçinin Trampın fələstinliləri öz ata-baba torpaqlarından etnik təmizləməyə yönəlmiş biabırçı planını pisləyib və müstəqil Fələstin dövlətinin yaradılmasına çağırıblar.

Bu nümayiş Mərakeş hökumətinin Qəzzada fələstinlilərin soyqırımına qarşı hələ də qəti mövqe sərgiləmədiyi bir vaxtda keçirilir.

Qeyd edəkki, Mərakeş Ərəb Liqasının üzvüdür. Ərəb Liqası tezliklə Misirin paytaxtı Qahirədə fələstinlilərə qarşı etnik təmizləmə planı ilə bağlı təcili iclas keçirməyi planlaşdırır.

 

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!