17 fevral 2025 - 05:00
Burkina Fasoda Əl-Mustafa Nümayəndəliyi Darul Quran Əl-Kərimin açılışın edib

Burkina Fasoda Əl-Mustafa İcma Nümayəndəlik Kompleksinin bir hissəsində Darul Quran Əl-Kərimin açılışı olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şaban ayının bayramları və İran İslam İnqilabının qələbəsinin ildönümü ilə əlaqədar Burkina-Fasoda Əl-Mustafa nümayəndəliyi tərəfindən Darul Quran Əl-Kərimin açılışı olub.

Bu mərkəz səfirlik kompleksinin bir hissəsində qiraət və səlis, səs və ahəng, Qurani-Kərimin hifzi kurslarının keçirilməsi, tələbələri və həvəskarları Qurani-Kərimin məfhumları, təlimləri və qissələri ilə tanış etmək məqsədi ilə fəaliyyətə başlamışdır. Mərasimdə İran İslam Respublikasının Burkina Fasodakı səfiri Zati-aliləri cənab Fəqihi, səfirliyin professor-müəllim heyəti, əməkdaşları və tələbələri, həmçinin bir sıra Qurani-Kərim qariləri iştirak ediblər.

Quran mərkəzinin açılış proqramının ilk hissəsində professorlar Adam Sana, İbrahim Vidraqo, Saleh Sampuri və Xedr Salqo tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub. Daha sonra Əl-Mustafa Universitetinin Burkina-Fasodakı nümayəndəsi Höccətül-İslam və əl-Müslimin Həddadın müqəddəs Şəbaniyyə bayramları və İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə salam və təbriklər və Darul-Quranın yaradılması məqsədlərini bəyan edib.

Qeyd edək ki, indiyədək bu təmsilçiliyin 55 tələbəsi üçün Quran faylları tərtib edilib və onların qiraət və rəvan oxunuşu, səs və ahəng, Qurani-Kərimin hifzi istiqamətləri üzrə dəyərləndirmə və qiymətləndirmə prosesləri həyata keçirilib.

 

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!