Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Elmə Əsaslanan Kosmos Şirkətinin baş direktoru hicri şəmsi ilə ilə gələn ilin (miladi tarixi ilə isə) birinci yarısında Kövsər peykinin "Kövsər 1.5" adlı təkmil versiyasının kosmosa buraxılacağını elan edib.
İİR Elmə Əsaslanan Şirkətin baş direktoru Hüseyn Şəhrabi, Ali Məqamlı Rəhbərin özəl sektorun nailiyyətləri və imkanları sərgisinə baxış keçirməsi ərəfəsində İmam Xamenei həzrətlərinin hüzurunda Kövsər peykinin "Kövsər 1.5" adlı təkmil versiyasının cari miladi ilinin ortalarında orbitə buraxılacağını bildirdi.
Yerli mütəxəssislərin səylərinin nəticəsi olan “Kövsər 1.5” peyki əslində daha əvvəl 2024-cü il noyabrın 5-də kosmosa buraxılmış “Kövsər” və “Hod-hod” peyklərinin təkmilləşdirilmiş versiyasıdır.
Bu iki peyk uzaqdan zondlama (Kövsər) və Əşyaların İnterneti (Hod-hod) missiyaları ilə dəqiq kənd təsərrüfatının inkişafında əsas rol oynayır.
Hüseyn Şəhrabi daha sonra qeyd edib:
“Bu peyklərin komponentlərinin 85 faizindən çoxu lokallaşdırılıb. Bütün hissələri xaricdən gətirilsə belə, bu peyklərin layihələndirilməsi və tikintisi bacarıqlı yerli mütəxəssislər tərəfindən həyata keçirilib və bu layihə tamamilə yerli hesab olunur.”
O, sanksiyaların çağırışlarına toxunaraq, bu maneələrin uğurla aradan qaldırılmasından və təhdidlərin fürsətə çevrilməsindən danışıb.
Şəhrabi vurğulayıb:
“Kövsər və Hod-hod missiyalarının "Kövsər 1.5" adlı birləşmiş versiyası gələn ilin birinci yarısında orbitə buraxılacaq. Kapital cəlb etməklə bu peyklərin sisteminin layihələndirilməsi və istehsalı üçün səylər göstərilir.”
İİR Elmə Əsaslanan Şirkətin baş direktoru bu sənayenin inkişafında hökumətin rolunu çox vacib hesab edib və hökuməti kosmik xidmətlər bazarına zəmanət verməyə və bu xidmətlərin əvvəlcədən alınmasına çağırıb.
Həmçinin, Elmə Əsaslanan sektorda texnologiya riskinin azaldılması və əsassız tənzimləyici maneələrin aradan qaldırılması Şəhrabinin hökumətdən tələbləri arasında idi.
O, irrasional tənzimləyici maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayaraq bildirib:
“Tənzimləyici orqanların kosmik sənayeni kifayət qədər dərk etməməsi hökumət menecerlərinin böyük layihələri həyata keçirmək cəsarətini azaldıb və bu, bizim üçün böyük problem yaradır.”
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
