Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- Din və inanc birliyi bir millətin formalaşmasında, onun yad təsirlərdən qorunmasında mühüm rol oynayır. Tarix boyu eyni millətin müxtəlif dinlərə mənsub üzvlərinin imperialist assimilyasiya siyasətlərinə qarşı fərqli dirəniş göstərməsi də bunu sübut edir. Azərbaycan şiələrinin çoxəsrli xristian əsarəti tarixi bu iddianın ən bariz nümunələrindəndir.
Dinin bu müsbət mühafizəkar xarakteri ilə yanaşı, həm də məzhəbçi bölünmələrə yol açdığı, millətləri daxildən parçalanmalara apardığı da təkzibolunmazdır. Bu gün ABŞ, işğalçı sionist rejimi və Qərb birliyi başda olmaqla Türkiyə və Səudiyyə rejimlərinin səyləri nəticəsində Yaxın Şərq dövlətlərini qan gölünə bürüyən, yüzillərlə geri salan məzhəb müharibələrinin necə dəhşətli dağıntılara səbəb olduğu göz qabağındadır. Bu dərd az imiş, “müasir demokratik dövlətçilik anlayışının” söykəndiyi sekulyarizmin, dini siyasətdən nə qədər ayrı tutmasına baxmayaraq, dövlətlərin öz mövcud rejimlərini daha da möhkəmlətməy üçün Allah Təalanın buyurduğu kimi deyil məhz öz nəfsi xarakterinə uyğun din siyasətini formalaşdırmağı vacib və qaçılmaz sayırlar.
Həqiqət budur ki, dinin xüsusilə də, şiəliyin mühafizəkar xarakterini nəzərə alan sovet imperializmi Azərbaycan xalqını daha rahat assimilyasiya etmək üçün ölkəmizdə dini təhsili tamamilə qadağan etmişdir. Baxmayaraq ki, Orta Asiya dövlətlərində sünnilik ali mədrəsə səviyyəsində tədris və təhlil olunurdu. Bəlkə, elə buna görə də, sovet hakimiyyəti qurulan kimi ən çox represiyalara məruz qalan sosial qrupların başında Şiə din xadimlərimiz gəlmişdi. Xüsusilə 37-ci il represiyalarında Nəcəfi ƏşrəfŞ Kərbəla, Məsuməyi Qum və Müqəddəs Məşhəd (İraq və İİR-da) ali təhsil alan din alimlərimiz, Müctəhid və Höccətül İslamlarımız “vətən xaini” elan edilmiş, ruhanilərimiz məhv olunmuş, xalqımıza öz mənəvi dəyərlərini öyrədən mədrəsələrimiz sıradan çıxarılmışdır.
Yalnız insan fitrətindən irəli gələn dini duyğuları ortadan qaldırmaq mümkün olmadığından, savadlı ruhanilərimizin yerini Çar rusiyasının icad etdiyi “Qafqaz Müsəlmanlar İdarəsinin” mövhumatçı məzunları almışdı. Azərbaycan xalqı özünü yad ünsürlərdən qoruyan dini əməllərini savadsız mollaların sayəsində saxlamaq məcburiyyətində qalmışdı. Müstəqillik qazandıqdan sonra Azərbaycan milli-demokratik hakimiyyətinin atdığı ilk addımlardan birinin o dövrdə ən nüfuzlu ali məktəblərimizdən sayılan BDU-nun tərkibində İlahiyyat fakültəsi yaratmaq olması bu mənada təsadüfi deyil.
İlahiyyat fakültəsinin yaradılmasını zəruri hala gətirən başqa amillərdən biri də dünyaya açılan Azərbaycana dindaşı olduğu Yaxın Şərq ölkələrindən təlqin edilən müxtəlif cərəyanlara qarşı milli din konsepsiyamızı yaratmaq istəyindən qaynaqlanırdı. Sirr deyil ki, Çar Rusiyasının və ondan sonra SSRİ-nin qoyduğu mənfi siyasət yəni Azərbaycanın yaxın qonşusu olan və ciddi tarixi, dini, məzhəbi, mədəni tellərlə bağlandığı İran İslam Respublikası ilə, isti əlaqələrin qurmaması idi. Elə bu səbəbdən də, keçmiş SSRİ-dəki müsəlman xalqlara vəhabiliyi yaymağa çalışan Səudiyyə Ərəbistanının təbliğat makinası 1992-ci ildə tədricən 1994-cü ildə isə, iti sürətdə Azərbaycanda çox rahat sürətdə, sabiq Milli Təhlükəsizlik Nazirliyinin yuxarı səviyyəli əməkdaşlarının köməkliyi ilə, yayılmağa başladı. Azərbaycanın Məsuməyi Qum Elmi Hövzəsinin təsiri altında qala biləcəyi və bunu bu gün də, özlərinə təhlükə hiss edənlər hətta daha ciddi xarakter alıb. Bəlkə də, yaxın gələcəkdə Azərbaycanın məzhəb müharibələrinin poliqonuna çevrilmək istəyənlər İlahiyyat fakültəsinin yaradılmasını məhz radikal sünni rejim olan Türkiyə ilə birgə həyata keçirməyə qərar vermişdi. Sözügedən fakültənin 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunması da bundan xəbər verir.
Hazırda Türkiyənin təşəbbüsü ilə yaradılan İlahiyyat fakültəsi tamamilə bu ölkənin Diyanət Vəqfinin sabiq rəhbəri Təyyar Altıkulaçın nəzarəti altındadır. Fakültənin dekanı Vasim Məmmədəliyevin rəhbərliyi isə sadəcə formal xarakter daşıyır. Təəssüf ki, hörmətli Vasim Məmmədəliyev nəinki Tayyar Altıkulaçın sözügedən fakültə üzərindəki təsirini azaltmayıb, üstəlik özü də hər zaman Altıkulaçın ciddi ölçüdə təsiri altında olub. O qədər ki, Altıkulaç "həzrətləri" fakültədən müəllim-işçi çıxarmaq üçün belə, şəxsən Bakıya gedib, Vasim müəllim isə səsini də çıxara bilməyib.
Bəs, görəsən, Türkiyədə oturduğu halda, Azərbaycanın din tədris edən ən mühüm ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də milli təhlükəsizlik strategiyasının başlıca istiqamətlərindən birinə çevrilən İlahiyyat fakültəsini idarə edən Təyyar Altıkulaç kimdir?
Təyyar Altıkulaç 9 fevral 1978-ci ildən 10 Noyabr 1986-cı ilə qədər Türkiyə Diyanət Vəqfi başqanı olmuşdur.
1986-cı ildə öz istəyi ilə TDV-nin başqanlığından istefaya getsə də, bu ilahiyyatçı alimin qurumla əlaqəsi tam kəsilməmişdir.
Qısa müddətdən sonra SSRİ-nin dağılmasıyla Təyyar Altıkulaçın ulduzu yenidən parlamışdır. O, 1992-ci ildə Bakıda İlahiyyat fakültəsini yaratmış, 1995-ci ildə isə AKP-nin siyahısından millət vəkili seçilmişdir.
Xüsusilə Diyanət Vəqfinə rəhbərlik etdiyi illərdə toxunulmazlıq statusu qazanması Təyyar Altıkulaç barəsində müxtəlif dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bir çoxları ona Türkiyə "dərin dövləti"nin adamı kimi baxmışdılar. Türkiyəli yazar İsa Tatlıcanın qələmə aldığı bu sətirlər də onun barəsində mövcud şübhələrin etiraflarındandır:"Təyyar Altıkulaçı rejimin "qara qutu"larından biri olaraq bilirdik. Bizə həmişə çevriliş dövrünün "dərin adam"larından biri kimi tanıdılmışdı”.
Əslində onun “dərin adam” kimi tanıdılması təsadüfi deyildi. Əvvəla, ona görə ki, şahidlərin bildirdiyinə əsasən, TDV-nin başqanı olduğu dövrlərdə Altıkulaç əsl diktatorlara yaraşan soyuq sima ilə işləri yürüdürdü. O, vəqfin bütün işçilərini də elə bu cür “soyuqüzlülər”dən formalaşdırmışdı. Altıkulaç vəqfin başqanlığından ayrıldıqdan sonra da onun qurduğu “soyuqüzlü” rejimin buzlarının ərimədiyi bildirilir. İsa Tatlıcanın etiraflarına inansaq, hətta 1990-cı illərin axırında da.
Altıkulaçın “dərin adam” kimi tanınmasında 8 il ərzində yürütdüyü siyasətin də 12 sentyabr inqilabının məramlarına tam cavab verməsiydi. Bilindiyi kimi, Türkiyədə “12 Eylül” adıyla anılan 1980-ci il hərbi çevrilişi İran İslam İnqilabının mümkün nəticələrinə qarşı hazırlanmışdı. Ən azı sözdə… 1979-cu ildə İranda baş verən İslam İnqilabının Türkiyəyə sıçraması ehtimalından narahat olan ABŞ Kənan Evrəni hakimiyyətə gətirməklə qardaş ölkədə dini qrupların önünü açmış, Şiəçiliyə alternativ sünniçilik anlayışının cəmiyyətdə kök salmasına şərait yaratmışdı. Çevriliş nəticəsində bir tərəfdən Türkiyənin sekulyar siyası qüvvələri, xüsusilə sol təmayüllü partiyalar sıradan çıxarılarkən, digər tərəfdən imam-xətib liseylərinin yaradılmasına start verilmiş, gələcəyin islamçı siyasi kadrlarının hazırlanmasına başlanılmışdı. Hazırda Türkiyəyə rəhbərlik edən Rəcəb Tayyib Ərdoğan da həmin imam-xatib liseyinin yetirməsidir.
Əslində isə, İranda İslam İnqilabının qələbəsindən sonra Türkiyədə ABŞ və işğalçı sionist rejimi tərəfindən başladılan bu islamlaşma prosesi 30 ildən sonrakı tarix üçün atılmış ilk fundament idi. Məqsəd 2000-ci illərdən sonra Yaxın Şərqdəki “ərəb bahar”larıyla başlayacaq işğalçı sionist rejimin nəzərdə tutduğu məhzəb müharibələrinə yol açmaq idi.
Türkiyədə də sünni təəssübkeşliyi ilə tanınan Altıkulaçın İran İslam İnqilabından bir il əvvəl Diyanət Vəqfinin başqanlığına gətirilməsi də yaxın coğrafiyada iki aşırı məzhəbçi zehniyyətin eyni anda aktivləşdirilməsindən xəbər verir. Türkiyə Diyanət Vəqfinin sabiq başqanının sünni təəssübkeşliyinə söykənən islamçı anlayışa rəvac verilməsini Türkiyəli yazar İsa Tatlıcan köşə yazılarının birində üstüörtülü şəkildə xatırlayaraq deyir: “Açıq danışım… Bütün dinlərə, məzhəblərə və dini anlayışlara bərabər məsafədə dayanması lazım olan dünyəvi bir ölkədə, sünni islamını və Hənəfi məzhəbini təmsil edən Diyanət İşləri Başqanlığının varlığını doğru və ədalətli hesab etmirəm. Üstəlik, rəsmi nüfuz vasitəsilə, dini qalın xətlərlə məhdudlaşdırmaq, yeni şərhlərə bağlamaq Quranın da ruhuna uyğun deyil. Dini həyatın tamamilə o dini yaşayan insanların iradəsinə buraxılması durumunda din xidmətində böyük sıçrayışların meydana gələcəyinə və İslamı doğru anlamaqda böyük addımlar atılacağına inanıram”.
Görünən budur ki, Türkiyədə 40 il əvvəl, guya, İranda qələbə çalan İslam İnqilabının təsirinə qarşı yaradılmış, əslində isə bugünkü məzhəb müharibələrinin başqa bir cəhbəsi halına gətirilmək üçün əsası qoyulan həmin anlayış Altıkulaç vasitəsilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu ölkəyə idxal olunmuşdur. Maraqlıdır ki, bu gün Türkiyənin baş ağrısına çevrilən Gülənçilik cərəyanının da Azərbaycana ayaq basması məhz həmin dövrlərə təsadüf edirdi. Sanki, İlahiyyat fakultəsiylə gənclər, Gülənçi məktəbləriylə isə uşaqlar yeni dövrün vətəndaşlığına hazırlanırdı.
Altıkulaçın qələmə aldığı xatirə kitabı olan “Zorlukları aşarken” əsərində Fəthullah Gülən haqqında dilə gətirdiyi bəzi fikirlər də bu iki cərəyanın başında duranların bir-biriylə əlaqəsindən bəhs edir. Kitabın müxtəlif yerlərində Gülən hərəkatına rəğbətini gizlətməyən Altıkulaç yazır:
“Tanımadığımız coğrafyalardaki kardeşlerine kadar uzanıp kucaklayabilen, onlara güzel Türkçemizi öğretecek ve ecdadının hizmetleriyle övünecek kadar milliyetçi olan bu kadroya gıbta ediyorum. Dünya insanlığını gelecekte yönetecek gençlerin yetiştirilmesini hizmet felsefesinin omurgası haline getiren, üretip geliştirdikleri heyecan ve irfanla devletlerin bile yapamadıklarını başaran bu insanların yaptıklarını yapamamış olmayı, onlara hayranlık duymaya engel görmüyorum”.
“Gülen hareketi adına gerçekleştirilen hizmetlerin gıpta ile değerlendirilmesi gereken şeyler olduğu ortadadır ve tartışmasızdır”.
“Uluslararası boyutta faaliyet gösteren bir hizmet modelinde görev almış binlerce insan arasında bazılarının zaman-zaman yapacakları yanlışları da pertavsızca büyütmemek, bu tür şaz örnekleri öne çıkararak samimiyetle hizmet eden insnaların şevkıni kırmamak gerek” və s.
Təsadüfi deyil ki, Gülən hərəkatına bu cür yüksək qiymət verən Altıkulaçın nəzarətində olan İlahiyyat fakültəsi Azərbaycanın ilk gülənçi kadrlarını yetişdirmiş ali təhsil ocağı kimi tanınıb. Azərbaycanda bu adla vurulan və Prezident Aparatına qədər yüksələn Elnur Aslanovun da bu fakültəni bitirdiyi, ən əsası isə həmin təhsil ocağına imtahansız qəbul olunduğu bildirilir. Zənnimizcə, bu barədə fikir söyləmək səlahiyyətini eyni məktəbin məzunu olan Aqil Ələsgərə vermək daha ədalətli olardı:
“… Belə ki, imtahansız bu fakültəyə daxil olanlardan biri sonradan Gülənin gənclərin imamı olan Elnur Aslanov idi. Özü tərcümeyi-halında bunu yazmasa da, tələbəlik illərindən Gülənin “seçilmiş”lərindən idi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulaçın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakültəyə düşmən oldular. Lakin son illərdə yenidən fakültəni ələ keçirmək üçün çabaladıqları xəbərləri dolaşmaqdadır."
Bununla belə, yuxarıdakı fikirlərin müəllifinə görə, Gülənçi kadrların ən zəif atlarını oynatdığı yer də İlahiyyat fakültəsidir. Onlar artıq dövlətin ən yüksək mərtəbələrində yer alırlar. Aqil Ələsgər bu bu yerlərin adını çəkməkdən də çəkinməyərək, bildirir:
“FETÖ-çüləri Gənclər və İdman, Vergilər, Maliyyə Nazirlikərində axtarın! Çünki maliyyə naziri Samir Şərifov bunlara ən yaxın olan şəxslərdən biridir və araşdırsanız, bunlarla ortaq lahiyələrinin olduğunu görəcəksiniz. Bunların ən son getdikləri yer məscidlər və ilahiyyat fakültələridir. Ancaq təbii ki, belə deyək, bu sahələri də nəzərdən qaçırmaq və boş buraxmaq olmaz. Xüsusilə İlahiyyət fakültəsinin qurulmasında müstəsna rol oynamış Təyyar Altıqulaçın Gülənlə olan münasibətləri ciddi şəkildə nəzərdən keçirilməlidir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Sionist Siçavullarının Yer Aldığı Rejim
BDU-nun İlahiyyat fakultəsi Azərbaycanda məzhəbçilik təhlükəsini yaradır - Araşdırma
20 noyabr 2016 - 19:33
Xəbər kodu: 793179

Həqiqət budur ki, dinin xüsusilə də, şiəliyin mühafizəkar xarakterini nəzərə alan sovet imperializmi Azərbaycan xalqını daha rahat assimilyasiya etmək üçün ölkəmizdə dini təhsili tamamilə qadağan etmişdir. Baxmayaraq ki, Orta Asiya dövlətlərində sünnilik ali mədrəsə səviyyəsində tədris və təhlil olunurdu. Bəlkə, elə buna görə də, sovet hakimiyyəti qurulan kimi ən çox represiyalara məruz qalan sosial qrupların başında Şiə din xadimlərimiz gəlmişdi.