Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

16 fevral 2023

08:31:00
1346818

Doktor Müntəzir: İmam Musa Kazım (ə) şiələri azğın qruplara cəlb edilməməsi üçün elmi cəhətdən onlara güc verdi

İmam Kazımın (ə) azğın cərəyanlara qarşı hərəkətlərindən biri də vəkillər vasitəsilə şiələri gücləndirmək və tələbələr yetişdirmək idi.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA:  İmam Musa bin Cəfərin (əleyhi səlam) şəhadətinin ildönümü ərəfəsində ABNA-nın müxbiri İsfahan Universitetinin İslam tarixi professoru doktor Əsğər Müntəzir əl-Qaim ilə İmam Kazimin (ə) həyatı və dövrü haqqında eksklüziv müsahibə aparıb.

İsfahan Universitetinin İslam tarixi professoru deyib:

İmam Musa bin Cəfər (ə) bir çox siyasi, ictimai və mədəni problem və çətinliklərlə üzləşmişdir. O, on il Əhli-beyt (ə) düşməni olan Mənsur Dəvanigi ilə eyni vaxtda yaşamış və zindan həyatı keçirtmişdir.

Bu on il müxtəlif məzhəblərin meydana çıxdığı və xəlifələrin Zənadəqə-zındıqlar yəni ateistlər ilə vuruşduğu dövr idi.

Mənsur Dəvəniqidən sonra İmam qısa müddət ərzində Hadi Abbasinin müasiri olmuş və Hadi də Əhli-beytə (ə) qarşı çox sərt rəftar edirdi.

Doktor Əsğər Müntəzir əl-Qaim, Harun Əl-Rəşidin dövründəki vəziyyətlə bağlı deyib:

  “Harun ər-Rəşid dövrü hərbi, inzibati və təşkilati birləşmələr dövrü idi ki, bu zaman iranlılar, Bərməkilər ölkənin idarə olunmasında çox mühüm rol oynayırdılar, bu səbəbdən də Abbasi xəlifələrinin əleyhdarları ilə dəqiq və mütəşəkkil şəkildə mübarizə aparırdılar...

İmam Kazimin (ə) imamət dövrü hicri qəməri tarixi ilə 148-ci ildən 183-cü ilə qədər 25 il davam etmişdir. Bu illər ərzində, İmam Kazim bir çox problemlərlə, mədəni cərəyanlarla üzləşib. Abbasi xəlifələri Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdül-Müttəlibə mənsub olduqlarına görə Peyğəmbərin (s) canişin olduğunu iddia edir və Məsum İmamları sıxışdırır, onlara qarşı fiziki zərbələr endirir və Şəhadətə yetişdirirdilər.

Digər tərəfdən, Əhli-Beyt (ə) Məktəbinə qarşı mübarizə üçün Mənsur Dəvəniqinin göstərişi ilə “Kitab əl-Mütə” əsərinin yazılması ilə Maliki məzhəbi kimi bir cərəyan irəli sürüldü...

Bu dövrdə İslam dünyasında Allahı qəbul etməyən, müşrik olan və müxtəlif inancların qarışığını qəbul edən azğın qruplar meydana çıxdı. İbn Əbi əl-Ovca kimi insanlar, manevistlər və ateist qruplar cərəyanlar yaradırdılar, ona görə də İmam Musa Kazım (ə) şiələri əqidə baxımından bu qruplara cəlb olunmamaları üçün onlara elmi güc verməli idi. Həmçinin kitab əhli, yəhudi və xaçpərəstlər üçün meydan açılmış və onlar müsəlmanların arasına nüfuz etmiş, onları İslama qarşı süstləşdirirdilər.

  Yəhudi və xristianların bəziləri və eləcə də zərdüştilər, sabilər və hindular Abbasi xilafətinin mərkəzi olan Bağdada köçmüş, burada özlərinə mərkəzlər qurmuşlar. Eləcə də yunanca azğın kitabların bəziləri Mənsur Dəvaniqinin dövründən tərcümə edilmiş və müsəlmanların ixtiyarına verilmişdir.

  Müsəlmanlar arasında və Əhli-beyt (ə) və İmam Musa Kazım (ə) mədəniyyətinə qarşı olan yarı-yunan, iran və hind düşüncə axını yavaş-yavaş güclənirdi.

  Onların bəziləri və zərdüştilər, sabilər və hindular Abbasi xilafətinin mərkəzi olan Bağdada köçmüşdülər. Yunanca kitabların bəziləri Mənsur Dəvaniğinin dövründən tərcümə edilmiş və müsəlmanların ixtiyarına verilmişdir.

  Müsəlmanlar arasında və Əhli-beyt (ə) və İmam Musa Kazım (ə) mədəniyyətinə qarşı olan yarı-yunan, iran və hind düşüncə axını yavaş-yavaş güclənirdi.

İsfahan Universitetinin İslam tarixi professoru İmam Musa bin Cəfərin (ə) dövrünün şiə məzhəbləri haqqında deyib:

  “Şiə içərisində Zeydilər çox güclü idilər və Şimali Afrikada hökumət qurmuşdular. İmam Musa bin Cəfərin (ə) imamətinin sonunda İdrisilər hökuməti quruldu və onlar şiə imamlarına rəqib oldular.

  Ğalilər- məsum imamları Allahlıq səviyyəsinə qaldıranlar da şiələr arasında aktiv işləyirdilər. Əbul Xəttab İmam Sadiqin (ə) zamanında Abbasilər xilafəti tərəfindən öldürülmüş, lakin onun qalıqları camaat arasında mövcud idi və imamlar haqqında etiraz doğuran iddialar irəli sürürdülər. Həmçinin İslam dünyasında Xəvaric-dindən çıxmışlar İranın şərq bölgələrində böyük gücə malik idilər.

Doktor Qaim əlavə etdi: “Əhli-beyt (ə) ailəsində İmam Sadiqin (ə) nəslindən olan casuslar var idi. Bunlardan biri də İmam Kazimə (ə) qarşı güclü düşmənçilik və qısqanclıq bəsləyən İsmayılın övladlarından olan “Məhəmməd bin İsmayıl idi; O, Harun ər-Rəşidə xəbər vermişdi ki, İmam Kazım (ə) sənin rəqibindir və sən onu aradan götürməlisən! İmam bütün bu problem və çətinliklər qarşısında şiələrə və müsəlmanlara çox yaxşı rəhbərlik edə bildi və şiddətli sapma dalğalarını müsəlmanlardan uzaqlaşdırırdı.

İmam çox genişlənmiş İslam cəmiyyətini idarə etmək üçün vəkillər təyin etmişdi. İmam Sadiqin (ə) dövründən vəkillər şiələrə rəhbərlik edirdilər, imamlar isə vəkillərə göstərişlər verir və onlara istiqamətləndirirdilər. İmam vəkillər vasitəsilə şiələrin məktublarına və ya suallarına cavab verirdi.

Həmçinin Yəmən, Şimali Afrika və Xorasan kimi müxtəlif bölgələrdən çoxlu sayda şiə və Əhli-beyt (ə) aşiqləri Mədinəyə gələrək İmamın hüzurundan istifadə edirdilər. İmamın azğın cərəyanlara qarşı tədbirlərindən biri də vəkillər vasitəsilə şiələri gücləndirmək və tələbələr yetişdirmək idi. Belə ki, Ricalu Tusi kitabında İmam Kazim (ə) üçün 500-ə yaxın tələbə adı çəkilir.

  Onlardan biri İmam Sadiq (ə) dövrünün gənc nəslindən olan Hişam ibn Həkəm idi. O, Kufədə yaşıyırdı. İmam Sadiq (ə) Mədinədən ona məktub yazıb Hişam ibn Həkəmi hidayət etdi və ona Şiənin Kəlam bəhslərində əqlaniyyət-sosialogiya ilə tanış etdi...

İmam Kazım Mədinədə dərs deyir, bir neçə dəfə Kufəyə səfər edir və Şamat bölgəsində şiələrə bir mağarada rəhbərlik edirdi. İmam Kazim (ə) öz evində və şəxsi dairələrində bir sıra xüsusi və yaxın şiələrə dərs deyir, onların da Məscidül-Nəbidə yerləri var idi və Mədinədə çoxlu insanlar İmamın yanına gəlir, imam onlara lazımi elmi göstərişlər verirdi...

Həzrət İmam Kazimin (ə) həyatının ən diqqətçəkən məqamlarından biri onun zənadəqə-ateistlər, qaliyə-məsumları Allah bilənlər, ismaili və zeydiyyələrin təhrifləri ilə mübarizəsidir. İmam öz səhabələrinə əmr etdi ki, şiələrin azğınlaşmasının qarşısını almaq üçün azğın fikri və mədəni cərəyanlara qarşı təkzib yazsınlar. Ona görə də müxaliflər qarşısında elmi əsərlər yazmaq və yaratmaq işi İmam Musa bin Cəfərin (ə) dövrünün nəticələrindən idi.

İmam Musa Kazım dəfələrlə həbs olunaraq saxlanılıb, lakin həbs müddəti qısa olub. İmam Kazım (ə) 179-cu ildə Harun ər-Rəşidin dövründə Mədinədən çağırıldı və bir il Bəsrədə, üç il isə Bağdadda zindanda qaldı. Buna görə də İmam Kazım (ə) dörd ildən artıq zindanda olmayıb.

İmam bir müddət Abbasi və Bərməki xilafətlərinin ciddi nəzarəti və nəzarəti altında idi. “Yəhya bin Xalid Bərməki” İmamın qatı düşmənlərindən idi və İmam Kazimin (ə) həbsinə və şəhadətinə səbəb olan da məhz o idi. Abbasi xəlifəsi təbii olaraq başqa qüdrətlərə dözmürdü və İmamın elmi nüfuzu olduğu üçün müsəlmanların elmi problemlərini həll edirdi və İmamın geniş elminə görə xalqın ona ehtiyacı var idi və o, böyük bir mədəni nöqtə idi. Buna görə də Harun ər-Rəşid və Abbasi xilafəti İmamın fəaliyyətlərinə dözmədi. Ta ki, Fədəkin hekayəsi gündəmə gəldi.

Zəməxşəri yazır: Harun ər-Rəşid İmam Musa ibn Cəfərə (ə) dedi: Ey Əbaul Həsən! Fədəkin hüdudlarını müəyyən et ki, onu sənə qaytarım. Harun israr edənə qədər Həzrət bunu etməkdən imtina edirdi, sonda İmam (ə) buyurdu: “Mən onun həqiqi sərhədlərini müəyyənləşdirirəm. Bunu etsəm, geri qaytarmayacaqsınız!”

- Harun dedi: Onun sərhədləri haradadır? Babanızın haqqını göstərin.

- İmam (ə) buyurdu: “Onun ilk sərhəddi Ədənə qədərdir”.

  Bu zaman Harunun rəngi dəyişdi, dedi: Davam et!

- İmam: “İkinci sərhəd Səmərqənddir”, bunu eşidəndəndə Harunun üzü qaraldı.

- İmam (ə) buyurdu: “Üçüncü sərhəd Afrikadır. Harunun rəngi qara oldu.

- Harun: Davam et!

- İmam buyurdu: “Dördüncü sərhəd Kaspi dənizinə və Ermənistana qədərdir”.

Harun burada dedi: “Mənim yerimə otur! Daha bizə heç nə qalmadı!

İmam (ə) buyurdu: “Mən sizə dedim ki, əgər Fədəkin həddini müəyyən etsəm, onu bizə qaytarmazsınız”.



 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!