Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

7 fevral 2022

18:03:40
1227107

İlham Azərbaycan xalqını alçaltmaqla həzz alır, sülhməramlılar və Araik Qarabağda möhkəmlənir. Şəhidlərin qanı hədər gedir

Amma keçən müddət ərzində biz erməni separatçıların çıxarılmasını yox, əzələlərini şişirtməyə meyil etdiyinin şahidi olmuşuq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan xalqını alçaldan, 2020. 10. Noyabr tarixində Azərbaycana hakim kəsilmiş əliyevlər sülaləsinin başçısı İlhamın Rusiya prezidenti və Ermənistan baş naziri iləbağladığı bəyanatının 4-cü bəndinin öhdəliklərindən irəli gələn prosesin icrasında faktiki olaraq durğunluq nümayiş etdirilir.

4-cü bəndə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Amma keçən müddət ərzində biz erməni separatçıların çıxarılmasını yox, əzələlərini şişirtməyə meyil etdiyinin şahidi olmuşuq.

Fevralın 4-də separatçılar Rusiya sülhməramlılarının çətiri altında gizlənərək Ağdam istiqamətində səngər qazıblar.

Fevralın 6-da isə Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Hələ Azərbaycan maşınlarının öz doğma ölkələrində Rusiya sülhməramlıları və terrorçu Araikin polisləri tərəfindən yoxlanılmasını demirik!...

Bütün bunlar onu göstərir ki, İlham Madrid prinsiblərinə uyğun olaraq işğalda olan 7 rayonları sülh yolu ilə ala biləcəyi təqdirdə bu torpaqları müharibə yolu ilə, Azərbaycan xalqının 3000-dən çox oğlunu Şəhid etmək və 10 minlərlə cavanını şikəst etməklə ladı və sonda o utandırıcı bəyanata gecə ikən imza atmaqla Azərbaycan xalqına, Şəhid və qazilərə yamanca toy tutdu...

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!