3 iyul 2018 - 16:13
Bəhreynli siyasi məhbuslar ölümə məhkum ediliblər

Bəhreyn İnsan Haqları Mərkəzi: "Cu həbsxanasında saxlanılan siyasi məhbuslar artıq ölümə tərk edilirlər!"

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynli fəallar və hüquqşünanslar son günlərdə Cu həbsxanasında saxlanılan siyasi məhbuslar ilə bağlı təzyiqlərin artdığını bəyan ediblər.

Fəallar adından bu barədə bəyanatı “Bəhreyn İnsan Haqları Mərkəzi” yayıb.

Bəyanatda vurğulanır ki, xəstə siyasi məhbuslara lazım olan diqqət ayrılmır.

“Artıq onlar ölümə tərk edilirlər”, - deyə bəyanatda qeyd olunur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır