6 iyun 2026 - 13:05
Source: IRNA
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qalan mühüm obyektləri və iki ABŞ hərbi hava bazası darmadağın edildi

SEPAH: Bu gün səhər radələrində ABŞ uşaq qatili ordusunun təcavüzkar hücumlarına cavab olaraq Küveytdə yerləşən Əli əs-Salim adlı iki ABŞ hərbi hava bazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qalan mühüm obyektləri SEPAH Aerokosmik Qüvvələrinin ballistik raket zərbələri ilə hədəfə aldıq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi ABŞ-nin uşaq qatil ordusunun təcavüzünə cavab olaraq Küveytdəki Əli əs-Salim adlı iki ABŞ hərbi hava bazasının və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qalan mühüm obyektlərinin hədəfə alındığını açıqlayıb.

SEPAH-ın bəyanatda deyilir:

Bismilləhil-Qasimil-Cabbarin

"Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin..."

Bu gün səhər saat 01:30-da ABŞ-nin təcavüzkar ordusunun təhriki və yönləndirməsi ilə hərəkət edən dörd qanun pozucu neft tankeri SEPAH Hərbi Dəniz Qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadan və heç bir koordinasiya aparmadan Hörmüz boğazından qanunsuz şəkildə keçməyə cəhd göstərib. Xəbərdarlıqlardan sonra tankerlərdən biri hədəfə alınaraq dayandırılıb, digər qanun pozucu gəmilər isə geri qayıdıblar.

Bu hadisənin ardınca saat 02:30-da ABŞ-yə məxsus pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirik şəhərində daha bir qülləni iki mərmi ilə vurub.

ABŞ-nin uşaq qatil ordusunun bu təcavüzünə cavab olaraq dərhal Küveytdə yerləşən Əli əs-Salim adlı iki ABŞ hərbi hava bazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qalan mühüm obyektləri SEPAH Aerokosmik Qüvvələrinin ballistik raket zərbələri ilə hədəfə alınıb.

Təcavüzkar və uşaq qatil düşmənə xəbərdarlıq edirik ki, bu cür hərəkətlər təkrarlanacağı təqdirdə, veriləcək cavab belə məhdud cavabla yekunlaşmayacaq. Hörmüz boğazının sizin neft və qaz ixracınızın üzünə tam bağlanmasının bütün nəticələrinə görə məsuliyyət daşıyacaqsınız.

"Qələbə yalnız Qüdrətli və Hikmət sahibi Allah tərəfindəndir."

Sizin rəyiniz

You are replying to: .
captcha