11 aprel 2017 - 14:07
Şeyx Zəkzəki 484 gündür qanunsuz olaraq həbsdədir.​ Nigeriya xalqı etiraz edir​

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qanunsuz olaraq, həbsdə saxlanılmasını qınamaq üçün paytaxt Abucadakı parlament binasının qarşısında növbəti mitiniqini keçirib.

Əhlibeyt (ə) Xəbər Agentliyi-Narahat Nigeriyalılar Qrupunun təşkilatçılığı ilə keçirilən dinc nümayişə yüzlərlə gənc fəal qatılıb. İctimai fəal Kvamared Deji Adeyanjunun başçılığı ilə keçirilən nümayişdə Abuca hökumətinin heç bir ittiham sürmədən Şeyx Zəkzəkini 484 gündür həbsdə saxlaması qınanılıb və şeyx barədə məhkəmənin verdiyi qərarın dərhal icra olunaraq, qeyd şərtsiz azadlığa buraxılması tələb olunub.

Nümayişin dinc şəraitdə keçirilməsinə baxmayaraq, Nigeriyanın​ təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün su şırnaqları, göz yaşardıcı qaz və itlərlə müdaxilə edib. Nümayişçilər bəyanatı oxuduqdan sonra ərazini tərk ediblər​.

Tags