Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya rejimi tərəfindən həbsdə saxlanılan Nigeriya İslami Hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzəki və onun həyat yoldaşı Zinət xanım şənbə günü paytaxtı Abucada naməlum istiqamətə köçürülüb.
Məlumata görə, Şeyx Zəkzəkinin həyatına sui-qəsd (terror) təhlükəsi olduğu üçün bu addım atılıb.
Qeyd edək ki, dekabrın əvvəlində 1 il heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılan Nigeriya İslami Hərəkatın rəhbəri və bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzakinin barəsində Nigeriya Federal Ali Məhkməsi qərar çıxarmış və onun 45 gün ərzində sərbəst buraxılmasını tələb etmişdi.
Daha sonra Nigeriya hökumət rəsmiləri təxribata əl ataraq məhkəmənin qərarı ilə tez bir zamanda həbsdən azad etməli olduqları Şeyx Zəkzakinin mühakimə olunacağını açıqlayıblar. Kaduna rəsmiləri elan edib ki, Şeyx Zəkzaki ötən 30 il ərzində Nigeriya İslami Hərəkatının (İMN) "qanunsuz” fəaliyyətinə görə mühakimə olunmalıdır.
Hökumət Şeyx Zəkzaki və onun başçılıq etdiyi hərəkatı "əcnəbi güclərə bağlılıqda” günahlandırıb. Beləliklə Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatı (İMN) qanunsuz elan olunub.
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır