Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüş keçirib.
TASS agentliyinin məlumatına əsasən, Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında görüşün baş tutduğunu təsdiqləyib.
Prezident Trampın planlaşdırıldığı kimi Qətər baş naziri ilə nahar etdiyi bildirilib.
Mətbuat xidmətinin yaydığı məlumatda görüşün digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton administrasiyası Trampın və onun “sülhməramlı” missiyalar üzrə xüsusi nümayəndəsi Steven Uitkoffun Qətər baş naziri ilə görüşünün nəzərdə tutulduğunu açıqlamışdı.
Sizin rəyiniz