Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin əlaqələndirmə üzrə müavini, pilot briqada generalı Məsud Cəfəri, cümə axşamı şəhid general-mayor pilot Abbas Babainin şəhadətinin anım günü münasibətilə verdiyi müsahibədə çıxışının əvvəlində İran xalqına təşəkkür edərək bildirib: Ötən günlərdə istənilən formada və qətiyyətlə meydanlarda və xiyabanlarda iştirak edən, müxtəlif cəbhələrdə döyüşən döyüşçülərə, həmçinin İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə mənəvi dəstək verən əziz İran xalqına səmimi minnətdarlığımızı bildiririk.
O əlavə edib: Bununla belə, bu tapşırıqlardan biri hər halda xarici KİV-lər tərəfindən işıqlandırıldı. Həmin media orqanları özləri də təəccüblənirdilər ki, üçüncü nəsil döyüş təyyarəsi ABŞ-nin Küveytdəki bazalarının hava hücumundan müdafiə halqasını necə yara bilib və son dərəcə şərəfli bir tapşırığı uğurla yerinə yetirib.
Ordunun Hərbi Hava Qüvvələrinin əlaqələndirmə üzrə müavini əlavə edib: Müxtəlif aviabazalardan fərqli hədəflərə qarşı digər əməliyyatlar da hazırlanmış və uğurla icra edilmişdi. Əvvəlcədən nəzərdə tutulmuş əməliyyatlardan biri Şirazdakı Şəhid Doran Hərbi Hava Bazasından bir qırıcı təyyarənin havaya qalxaraq ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bölgədəki hava komandanlığı mərkəzini hədəfə almasını nəzərdə tuturdu.
Briqada generalı Cəfəri daha sonra Su-24 təyyarələrinin düşmən bazalarına qarşı əməliyyatının təfərrüatlarını açıqlayaraq bildirib: Pilotlarımız GPS və INS sistemlərindən istifadə etmədən, yalnız kağız xəritələrə və ilkin naviqasiya sistemlərinə arxalanaraq müxtəlif tapşırıqlar zamanı qırıcı təyyarələri idarə etmək üçün təlim keçmişdilər.
Sizin rəyiniz