6 avqust 2026 - 23:21
Source: IRNA
Səna, Yəməndə Səudiyyə vəhhabi rejiminə bağlı qüvvələrin mövqelərini raket və PUA-lar ilə darmadağın etdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, Səna genişmiqyaslı əməliyyat çərçivəsində Məarib və Həzrəmut vilayətlərində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin toplaşma mərkəzlərini və düşərgələrini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb. Bu hücumdan əvvəl KİV-lər həmin bölgələrə endirilən raket zərbələri nəticəsində azı 30 nəfərin öldüyünü xəbər vermişdilər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri yaydığı bəyanatda bildirib ki, əməliyyat Səudiyyə Ərəbistanına bağlı qüvvələrin genişmiqyaslı hərbi hərəkətliliyi və qüvvə cəmləşdirməsi izlənildikdən sonra həyata keçirilib. Həmin qüvvələr Ənsarullahın nəzarətində olan ərazilərə qarşı əməliyyata başlamaq üçün hazırlıq görürdülər.

Bəyanata əsasən, Ər-Ruveyk, Əl-Əbr, Əl-Səniyə bölgələrində yerləşən hərbi mövqelər, eləcə də “Birinci Briqada” və “Üçüncü Hazırlıq Briqadası” adlandırılan qüvvələrə məxsus bir neçə düşərgə çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, bu əməliyyat nəticəsində Səudiyyə Ərəbistanına bağlı qüvvələrin yüzlərlə üzvü ölüb və ya yaralanıb.

O əlavə edib ki, Yəmənin şərqində yerləşən Əl-Vədiyə bölgəsində bir sıra düşərgələr, silah-sursat anbarları, qüvvələrin toplaşma mərkəzləri və hərbi texnikalar məhv edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha