Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin səlahiyyətlərinin icraçısı, briqada generalı Seyid Məcid İbn əl-Rza, cümə axşamı, 6 avqust tarixində sosial şəbəkədəki hesabında yazıb: “Hər gün düşmənin gücünün tükəndiyini göstərən əlamətlər daha aydın görünür. Lakin Silahlı Qüvvələrimizin əli ölkənin müdafiə sənayesinə söykənərək hər bir təhdidə cavab vermək üçün doludur.
Müdafiə Nazirliyinin səlahiyyətlərinin icraçısı vurğulayıb: Bu gün təhlükəsizliyi və hərbi üstünlüyü idxal olunan vasitələrlə əldə etməyə çalışanlar tezliklə anlayacaqlar ki, İranın yerli texnologiyası regiondakı istənilən sistemdən üstündür.
Sizin rəyiniz