29 iyul 2026 - 16:46
Haaretz İsrail ordusunun daxildən dağıldığını xəbər verdi: Bir həftə ərzində iki israilli qadın hərbçi intihar edib

"Haaretz": Son bir həftə ərzində İsrail ordusunun iki qadın hərbçisi intihar edib. Bununla da 2026-cı ilin əvvəlindən indiyədək intihar edən hərbçilərin sayı 16 nəfərə çatıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İvritdilli "Haaretz" qəzetinin yaydığı məlumata görə, son bir həftə ərzində İsrail ordusunun iki qadın hərbçisi intihar edib. Bununla da 2026-cı ilin əvvəlindən indiyədək intihar edən hərbçilərin sayı 16 nəfərə çatıb.

Qəzetin məlumatına əsasən, Misirlə sərhəddə yerləşən "Bardilas" batalyonunda xidmət edən qadın hərbçilərdən biri çərşənbə axşamı səhər İsrailin cənubundakı hərbi bazalardan birində intihar edib. Ağır yaralı vəziyyətdə tapılan hərbçi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bundan əvvəl isə hərbi kəşfiyyat bölməsində məxfi vəzifədə çalışan digər bir qadın hərbçi bazar günü İsrailin mərkəzində, Ramat Haşaron şəhəri yaxınlığındakı Glilot hərbi bazasında intihar edib.

Məlumata görə, İsrail ordusu hər iki hadisə ilə bağlı araşdırmalara başlayıb. Hərbi polis intiharların səbəbləri və başvermə şəraitini araşdırır.

"Haaretz" bildirir ki, Qəzza müharibəsində iştirak etmiş daimi və ehtiyat qüvvələrdən olan azı daha 9 hərbçi də xidmət yerindən kənarda intihar edib.

Qəzetin daha əvvəl dərc etdiyi məlumata görə, 2025-ci ildə İsrail ordusunda xidmət zamanı 22 hərbçi intihar edib ki, bu da son 15 ilin ən yüksək göstəricisi hesab olunur.

İsrail mediası son aylarda dərc olunan materiallarda hərbçilər arasında intihar hallarının artmasını 2023-cü ilin oktyabrında başlayan Qəzza müharibəsinin yaratdığı psixoloji gərginlik və travmalarla əlaqələndirir.

Sizin rəyiniz

You are replying to: .
captcha