Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: CENTCOM-un X sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir: "ABŞ Mərkəzi Komandanlığının qüvvələri və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri iyulun 28-də İraqda İranla əlaqəli qüvvələrə qarşı dəqiq zərbələr endiriblər. İddialara görə, həmin qüvvələrə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək göstərişi verilmişdi."
Bəyanatda daha sonra iddia olunur: "ABŞ və Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri son 72 saat ərzində SEPAH tərəfindən həyata keçirildiyi bildirilən 30-dan çox pilotsuz uçuş aparatı hücumuna cavab olaraq İraqın şərqində terrorçu qruplara məxsus bir neçə logistika və silah anbarını hədəfə alıb."
CENTCOM həmçinin iddia edib ki: "ABŞ qüvvələrinə qarşı həyata keçirilən səbəbsiz hücumlar uğursuz olub. 2026-cı ilin fevral-aprel ayları arasında İraqda İranla əlaqəli silahlı qruplar tərəfindən ABŞ vətəndaşlarına və obyektlərinə qarşı 600-dən çox uğursuz hücum qeydə alınıb."
ABŞ ordusu bəyan edib ki, SEPAH və onunla əlaqəli silahlı qruplar bu hücumları dayandırmalıdır, əks halda ABŞ-nin əlavə hərbi cavab tədbirləri ilə üzləşə bilərlər.
Sizin rəyiniz