25 iyul 2026 - 08:29
Source: IRNA
ABŞ işğalçı düşməni canlı itki verdi və İordaniyadakı Kral Feysəl və Şahzadə Həsən bazalarına ağır zərər endirildi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda bildirib ki, “Nəsr-2” əməliyyatının 25-ci dalğasında İordaniyadakı Kral Feysəl və Şahzadə Həsən bazalarında MQ-9 pilotsuz uçuş aparatlarının saxlanıldığı anqara ağır zərər vurulub, 8 yeni və qablaşdırılmış vəziyyətdə olan, həmçinin 2 istifadəyə hazır pilotsuz uçuş aparatı məhv edilib, 2 ağır Amerika helikopterinə ziyan dəyib, eləcə də bir sıra təcavüzkar qüvvələr öldürülüb və ya yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə günü, 22 iyul tarixində yayımladığı 42-ci bəyanatında bildirib: Uca Allaha təvəkkül edərək, SEPAH-ın Aerokosmik Qüvvələrinin cəsur döyüşçüləri düşmənin təcavüzlərinə cavab olaraq, ‘Nəsr-2’ əməliyyatının 25-ci dalğasında, mübarək "Ya Həsən ibn Əli (ə)" şüarı ilə və Minab şəhərindəki Şəcərə Təyyibə məktəbinin şəhidlərinə ithaf edərək, İordaniyadakı Amerika bazalarını bir daha darmadağın etdilər.

Bəyanatın davamında deyilir: Raket və pilotsuz uçuş aparatları ilə Kral Feysəl və Şahzadə Həsən bazalarına həyata keçirilən cavab hücumunun ilk mərhələsində F-15 təyyarələrinin hazırlanması üçün nəzərdə tutulan bir anqar hədəfə alındı. Həmçinin pilotsuz uçuş aparatlarının hazırlanması üçün nəzərdə tutulan bir anqara edilən hücum zamanı 8 ədəd yeni və qablaşdırılmış MQ-9 pilotsuz uçuş aparatı hazırlanma prosesinə başlanılmadan, öz qutularında tamamilə məhv edildi. Həmin ərazidə yerləşən daha 2 pilotsuz uçuş aparatına isə ağır zərər vuruldu.

SEPAH bəyanatında əlavə edib: Növbəti hücumda helikopterlərin saxlanıldığı anqara ciddi zərər vuruldu və 2 ağır Amerika helikopterinə əsaslı ziyan dəydi. Təcavüzkar qüvvələrin yerləşmə mərkəzinə edilən hücum nəticəsində onların bir qismi öldürüldü və ya yaralandı.

SEPAH bəyanatında vurğulayıb: Təcavüzkarın cəzalandırılması əməliyyatı davam edir. Çünki əgər təcavüzkar cəzalandırılmazsa və əhdini pozmasına, razılaşmaları tapdalamasına görə ağır bədəl ödəməzsə, düşünəcək ki, istədiyi zaman müharibəni yenidən başlada bilər, təzyiq altında qaldıqda isə onu dayandıra bilər.

Beləliklə, müharibə, müzakirə və yenidən müharibə dövrünü təkrarlayaraq, müharibə kölgəsini daim bizim üzərimizdə saxlamağa çalışacaq. Çəkindirmə qabiliyyətini bərpa etməyin və davamlı təhlükəsizliyi təmin etməyin yeganə yolu Qurani-Kərimin buyurduğu əmri yerinə yetirməkdir:

“Fitnə aradan qalxana qədər onlarla vuruşun.”

SEPAH bəyanatında xatırladıb: Ölkənin üzərindən müharibə kölgəsini həmişəlik uzaqlaşdırmaq üçün müqavimət göstərməkdən və təcavüzkara ağır bədəl ödətməkdən başqa yol yoxdur. Əgər bu cavablar kifayət etməzsə və təcavüzlər davam edərsə, ABŞ-də ümumi matəm elan olunmasına səbəb olacaq peşmanedici əməliyyata hazırlaşacağıq.

Sizin rəyiniz

You are replying to: .
captcha