15 iyul 2026 - 18:50
Source: IRNA
SEPAH-ın İordaniya xalqına mühüm müraciəti: F-15, F-16 və F-35 ABŞ qırıcılarının yerləşdiyi anqarlar darmadağın edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya xalqına ünvanladığı mühüm müraciətdə bildirib ki, İordaniyanın Əl-Əzraq bazasında yerləşən ABŞ-yə məxsus F-15, F-16 və F-35 qırıcılarının anqarları, eləcə də bir sıra strateji MQ-9 pilotsuz uçuş aparatları məhv edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya xalqına ünvanladığı mühüm müraciətdə bildirib ki, İordaniyanın Əl-Əzraq bazasında yerləşən ABŞ-yə məxsus F-15, F-16 və F-35 qırıcılarının anqarları, eləcə də bir sıra strateji MQ-9 pilotsuz uçuş aparatları məhv edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun 13 nömrəli bəyanatının mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

“Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”

Əziz İordaniya xalqı!

Bu gün səhər tezdən uşaq qatili ABŞ ordusunun xalqımıza qarşı törətdiyi cinayətkar əməllər yenidən başladığı zaman, böyük şeytanın cinayətlərinə cavab olaraq — bu cinayətlərin böyük hissəsi İordaniya ərazisindəki ABŞ bazalarından istifadə edilməklə həyata keçirilir — SEPAH-ın Aerokosmik Qüvvələrinin mücahidləri “Nəsr-2” əməliyyatının altıncı dalğasında “Ya Allah, Ya Allah, Ya Allah” şüarı ilə Əl-Əzraq bazasında yerləşən ABŞ bazasına qarşı cavab əməliyyatı həyata keçirdilər.

Qarşılıqvermə əməliyyatı çərçivəsində F-15, F-16 və F-35 qırıcılarının yerləşdiyi anqarları darmadağın etdilər və bu bazada yerləşən ABŞ-yə məxsus bir sıra strateji MQ-9 pilotsuz uçuş aparatlarını məhv etdilər.

Müqəddəs İordaniya torpağı peyğəmbərlərin keçdiyi məkandır və işğalçıların, beynəlxalq cinayətkarların yeri deyil.

İslam ümmətinin siz nəcib və qeyrətli xalqdan — məzlum Fələstin xalqına qarşı ABŞ və İsrail rejiminin törətdiyi cinayətlərin ən yaxın şahidlərindən biri olmuş xalqdan — gözləntisi budur ki, öz torpaqlarınızda böyük şeytanın ordusunun mövcudluğuna son qoyasınız və o müqəddəs torpağın İslam ölkələrinə qarşı təcavüzkar hücumların başlanğıc nöqtəsinə və Fələstin xalqına qarşı zorakılıq vasitəsinə çevrilməsinə imkan verməyəsiniz.

ABŞ müəssisələrinin dağıdılması və işğalçı ABŞ ordusunun İordaniyadan çıxarılması üçün heç bir fürsəti əldən verməyin.

“Əgər Allaha yardım göstərsəniz, Allah da sizə yardım edər və addımlarınızı möhkəmləndirər."

Sizin rəyiniz

You are replying to: .
captcha