Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya Tehranda keçirilən xalq toplantısında iştirak edərək, İnqilab Rəhbərinin və digər komandirlərin şəhid olması münasibətilə başsağlığı verib.
O, xalqın xiyabanlarda göstərdiyi müqavimətə toxunaraq deyib: Artıq dörd aydan çoxdur ki, siz əziz xalqımız cəsarətlə meydanlardasınız, Silahlı Qüvvələrə dəstək verərək düşmənin bütün planlarını puç etmisiniz.
Ordu sözçüsü çıxışının digər hissəsində ABŞ ordusunun son dövrlərdə İranda törətdiyi cinayətlərə toxunaraq bildirib: ABŞ və bu ölkənin hazırkı prezidenti, əslində korrupsiyaya bulaşmış və cinayətkar bir şəxsdir. Onların vədlərinə əməl etməmək üzrə uzun bir keçmişi var. Onlar hələ İslam İnqilabından əvvəl, 1953-cü il 19 avqust dövlət çevrilişi zamanı da İran xalqının hüquqlarından biri olan neft sənayesinin milliləşdirilməsinə dözə bilmədilər və həmin çevrilişi planlaşdırdılar. O zaman İslam İnqilabından söhbət belə getmirdi. Təbii ki, onların İslam İnqilabı və İran İslam Respublikası ilə düşmənçiliyi daha da dərindədir. Çünki amerikalılar mahiyyət etibarilə İran xalqı da daxil olmaqla bütün azadlıqsevər xalqların mənafelərinin təmin olunmasına qarşıdırlar. Halbuki İslam İnqilabı İran xalqının müstəqilliyinin, qüdrətinin və azadlıqsevərliyinin bayraqdarıdır.
O bildirib ki, amerikalılar müharibənin başa çatmasına dair anlaşmada Hörmüz boğazı ilə bağlı İranın müəyyən etdiyi qaydaları qəbul etmişdilər, lakin riyakarlıq edərək yeni marşrut yaratmağa çalışırdılar. Əkrəminiya əlavə edib: İran İslam Respublikasının Silahlı Qüvvələri amerikalıların öhdəliklərini pozmasına qarşı qətiyyətlə dayanaraq bəyan etdi ki, anlaşmada nəzərdə tutulmuş qaydalardan başqa Hörmüz boğazında atılacaq istənilən addım İran İslam Respublikasının qəti cavabı ilə qarşılaşacaq.
Sizin rəyiniz