Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Region mediasının məlumatına görə, Yəməndən Səudiyyə vəhhabi rejimin Əbha hava limanı istiqamətində bir neçə raket buraxılıb.
Yəmənin hücumundan sonra Səudiyyə Ərəbistanının Əbha hava limanında bütün uçuşlar tamamilə dayandırılıb.
Həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanının Əsir şəhərində ardıcıl partlayış səsləri eşidilib.
Yəmən müqaviməti bu hücumları Səudiyyə Ərəbistanının təcavüzünə cavab kimi açıqlayıb.
Qeyd edək ki, ABŞ və işğalçı sionist rejimi İran İslam Respublikası və onun bölgədəki müttəfiqləri ilə mübarizədə bacarmadıqları üçün bölgədəki vəhhabi krallıqlarına tapşırıqlar verərək İran və Yəmənə hücumlar təşkil etmələrini tələb ediblər. Bu barədə Tramp ötən günkü çıxışında bildirib.
Sizin rəyiniz