Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Fərəh Səudiyyə vəhhabi rejiminin ABŞ və sionist rejimlərinin təkidi ilə Səna Hava Limanına endirdiyi zərbələrlə bağlı deyib: Sənanın mövqeyi əvvəldən aydın olub.
O əlavə edib: Səudiyyə Ərəbistanının və ya onun muzdlu qüvvələrinin hər hansı birbaşa təcavüzünə cavab birbaşa, qətiyyətli və Səudiyyə Ərəbistanının dərinliklərində olacaq.
Həmçinin yəmənli bir mənbə bildirib: Səna Beynəlxalq Hava Limanının mühasirəsinin qırılması geri dönməzdir və Yəmən ordusu tam hazırlıq vəziyyətdə hər bir ssenariyə hazırdır. İstənilən gərginliyin artmasının nəticələrinə görə Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır.
Sizin rəyiniz