Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, Səudiyyə vəhhabi rejimi Səna Beynəlxalq Hava Limanına bir neçə hava hücumu həyata keçirməklə “gərginliyin azaldılması mərhələsini” başa çatdırıb.
O, verdiyi bəyanatda bu hücumları “açıq və zalım təcavüz” adlandırıb və bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti bu addımın nəticələri ilə bağlı tam məsuliyyəti öz üzərinə götürməlidir.
Yəhya Səri vurğulayıb: Bu təcavüz cavabsız və cəzasız qalmayacaq və Yəmən Silahlı Qüvvələri bu hücumlara cavab verəcək.
Bu mövqe Yəmən mediasının Səna Beynəlxalq Hava Limanına hava hücumu həyata keçirildiyi və bu hava limanının uçuş zolağının bir neçə dəfə hədəfə alındığı barədə məlumat yaymasından sonra açıqlanıb.
Qeyd edək ki, ABŞ və işğalçı sionist rejimi İran İslam Respublikası və onun bölgədəki müttəfiqləri ilə mübarizədə bacarmadıqları üçün bölgədəki vəhhabi krallıqlarına tapşırıqlar verərək İran və Yəmənə hücumlar təşkil etmələrini tələb ediblər. Bu barədə Tramp ötən günkü çıxışında bildirib.
Sizin rəyiniz