Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən mediası, o cümlədən “Əl-Məsirə” telekanalı məlumat yayıb ki, Səudiyyə vəhhabi rejimi ötən gün həyata keçirdiyi bir neçə hava zərbəsi nəticəsində Səna Beynəlxalq Hava Limanını hədəfə alıb.
İlkin məlumatlara görə, sözügedən hava hücumları bir neçə dəfə və ayrı-ayrı mərhələlərdə həyata keçirilib.
Qeyd edək ki, ABŞ və işğalçı sionist rejimi İran İslam Respublikası və onun bölgədəki müttəfiqləri ilə mübarizədə bacarmadıqları üçün bölgədəki vəhhabi krallıqlarına tapşırıqlar verərək İran və Yəmənə hücumlar təşkil etmələrini tələb ediblər. Bu barədə Tramp ötən günkü çıxışında bildirib.
Sizin rəyiniz