Mərasimdə çıxış edən İranın Ermənistandakı səfiri Xəlil Şirqulami şəhid Rəhbərin şəxsiyyəti və İran İslam Respublikasındakı rəhbərlik məqamından bəhs edərək, onun İranın izzəti, müstəqilliyi və tərəqqisi naminə göstərdiyi mübarizəni vurğulayıb.

10 iyul 2026 - 15:52
Source: IRNA

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının şəhid Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi “Vətən üçün son ana qədər” mövzusu ilə iyulun 8-də İrəvandakı Göy məsciddə keçirilib.

Mərasimdə çıxış edən İranın Ermənistandakı səfiri Xəlil Şirqulami şəhid Rəhbərin şəxsiyyəti və İran İslam Respublikasındakı rəhbərlik məqamından bəhs edərək, onun İranın izzəti, müstəqilliyi və tərəqqisi naminə göstərdiyi mübarizəni vurğulayıb.

Səfir bildirib ki, Ayətullah Seyid Əli Xamenei ömrünün son anınadək Vətənin ucalığı və şərəfi üçün çalışıb, sonda da bu amal uğrunda canını fəda edib.

O, həmçinin vida və dəfn mərasimlərində xalqın geniş iştirakını İran xalqının şəhid Rəhbərə ehtiramının, sədaqətinin, eləcə də müstəqillik, izzət və müqavimət ideallarına dərin bağlılığının təzahürü kimi qiymətləndirib. Şirqulami vurğulayıb ki, şəhid Rəhbərin xatirəsi və idealları gələcək nəsillər və dünyanın azadlıqsevərləri üçün ilham mənbəyi olaraq qalacaq.

Ermənistandakı Göy məsciddə şəhid Rəhbərin anım mərasimi keçirilibErmənistandakı Göy məsciddə şəhid Rəhbərin anım mərasimi keçirilibErmənistandakı Göy məsciddə şəhid Rəhbərin anım mərasimi keçirilib

Sizin rəyiniz

You are replying to: .
captcha