10 iyul 2026 - 15:34
Source: IRNA
İraqda İmam Xameneinin cənazəsinin vida mərasimində 10 milyondan çox insan iştirak edib

İslam İnqilabının şəhid Rəhbərinin cənazəsi ilə vida mərasiminin keçirilməsi üzrə Ali Komitəsi: İlkin statistik məlumatlara əsasən, Nəcəf Əşrəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərində 10 milyondan çox insan iştirak edib və mərasimlər heç bir hadisə və ya təhlükəsizlik insidenti qeydə alınmadan başa çatıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqda şəhid Ayətullah Seyid Əli Hüseyni Xameneinin (r) cənazəsi ilə vida mərasiminin planlaşdırılması və təşkili üzrə məsul Ali Komitə cümə axşamı günü açıqlayıb ki, ilkin hesablamalara əsasən, bu şəhid Rəhbərin cənazəsinin yola salınması mərasimində müqəddəs Nəcəf Əşrəf və Kərbəla şəhərlərində 10 milyondan çox insan iştirak edib.

İraq Baş nazirinin ofisinin rəhbəri və Ali Komitənin sədri Ehsan Yasin Əl-Əvadi yaydığı bəyanatda bildirib ki, İslam dünyası və dünya ictimaiyyəti İslam İnqilabının şəhid Rəhbərinin cənazəsinin Nəcəf Əşrəf və Kərbəla kimi iki müqəddəs şəhərdə keçirilən vida mərasimini kədər və hüzn içində izləyib.

Sizin rəyiniz

You are replying to: .
captcha