10 iyul 2026 - 15:27
Source: IRNA
Pezeşkian şəhid Rəhbərin vida mərasimində xalqın tarixi iştirakına və beynəlxalq həmrəyliyə görə təşəkkür etdi

Məsud Pezeşkian 9 iyul 2026-cı il, cümə axşamı gecəsi yayımladığı müraciətində Tehran, Qum, Məşhəd, Nəcəf Əşrəf və Kərbəlada xalqın kütləvi iştirakını sədaqət, həmrəylik və xalqın İslam İnqilabının ideallarına dərin bağlılığının misilsiz nümunəsi adlandırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian 9 iyul 2026-cı il, cümə axşamı gecəsi yayımladığı müraciətində Tehran, Qum, Məşhəd, Nəcəf Əşrəf və Kərbəlada xalqın kütləvi iştirakını sədaqət, həmrəylik və xalqın İslam İnqilabının ideallarına dərin bağlılığının misilsiz nümunəsi adlandırıb.

O vurğulayıb ki, bu böyük izdiham yalnız bir rəhbərin cənazəsinin müşayiəti deyil, İran xalqının izzət, müstəqillik, ədalət və tərəqqi yoluna yenidən sadiqlik andı idi.

Prezident, həmçinin xalqın müxtəlif təbəqələrinin, dini alimlərin və təqlid mərcələrin, xidmət göstərən qurumların, media nümayəndələrinin və bu tarixi mərasimin təşkilində iştirak edən bütün şəxslərin roluna toxunaraq, şəhid Rəhbərin anım mərasimində göstərilən geniş daxili və beynəlxalq dəstəyə görə təşəkkür edib və böyük milli birlik və həmrəylik sərvətinin qorunmasının vacibliyini vurğulayıb.

Pezeşkian xüsusi olaraq dost və qardaş ölkə İraqın dövlətinə, xalqına və rəsmilərinə, qəbilə şeyxlərinə və başçılarına, müqəddəs ziyarətgahların rəhbərliklərinə, mokəb sahiblərinə, Əhli-Beyt (əleyhimus səlam) ziyarətgahlarının xidmətçilərinə və öz ölkələrinin bütün imkanlarını səfərbər edərək Nəcəf Əşrəf və Kərbəlada vida və müşayiət mərasimlərinin möhtəşəm keçirilməsinə şərait yaradan bütün şəxslərə təşəkkürünü bildirib.

Bu həmrəylik İran İslam Respublikası ilə İraq arasındakı qardaşlıq və strateji əlaqələrin parlaq təzahürü, eyni zamanda İslam ümmətinin həmrəyliyinin rəmzidir.

Sizin rəyiniz

You are replying to: .
captcha