3 iyul 2026 - 09:24
Source: IRNA
Bəqayi: ABŞ-nin region ölkələri ilə keçirdiyi təhlükəsizlik toplantısı yalnız nümayiş xarakteri daşıyır / Qonşu ölkələr ayıq olmalıdır

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü: Region ölkələri ABŞ və sionist rejimin son hərbi təcavüzünün, eləcə də onların bütün regionun təhlükəsizliyini pozan dağıdıcı addımlarının nəticələrindən çıxarılan açıq dərsləri unutmamalı, son dərəcə ayıq olmalıdırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə axşamı, 2 iyul tarixində ABŞ-nin Bəhreyndə qondarma "Regional Təhlükəsizlik Dialoqu"nun keçirilməsi ilə bağlı bəyanatına münasibət bildirərək X sosial şəbəkəsində yazıb:

"ABŞ-nin hakim dairələri dəfələrlə sübut ediblər ki, Qərbi Asiya regionu ölkələrinin sülh və təhlükəsizliyinə heç bir dəyər vermirlər. Belə toplantılar ABŞ-nin Qərbi Asiyada həyata keçirdiyi sabitliyi pozan siyasətləri və qanunsuz əməllərini ört-basdır etmək məqsədi daşıyan nümayiş və görüntü yaratmaqdan başqa bir şey deyil."

Bəqayi vurğulayıb: Region ölkələri son dərəcə ayıq və ehtiyatlı olmalı, ABŞ və sionist rejimin son hərbi təcavüzünün, həmçinin onların bütün regionun təhlükəsizliyini pozmuş dağıdıcı hərəkətlərinin nəticələrindən çıxarılan aydın dərsləri unutmamalıdırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha