3 iyul 2026 - 09:09
Source: IRNA
İİR Ordu Baş Komandanı: İran xalqı düşmənlər qarşısında təslim olmayacaq

Ordunun baş komandanı general-mayor Əmir Hatəmi İranın şəhid Rəhbərinin mübarək cənazəsinin vida və dəfn mərasimində xalqın möhtəşəm və tarixi iştirakına çağırış etdiyi müraciətində bildirib: "İran xalqı düşmənlər qarşısında təslim olmayacaq və sonadək dayanacaq."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ordu baş komandanı general-mayor Əmir Hatəmi şəhid Rəhbəri Xameneinin mübarək cənazəsinin vida və dəfn mərasimində xalqın möhtəşəm və tarixi iştirakına çağırış edib.

Ordunun baş komandanının müraciətində deyilir:

«Şərəfli, qürurlu və böyük itki ilə üzləşmiş İran xalqı!

Xalqın rəhbərinin, ümmətin imamının, İslam İnqilabının mücahid və böyük rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Hüseyni Xameneinin (Allahın rəhməti ona olsun), səbir və müqavimətin o böyük simasının kinli düşmənlər – cinayətkar ABŞ və qəsbkar sionist rejim tərəfindən şəhid edilməsi İran xalqının, dünya müsəlmanlarının və dünyanın bütün azad insanlarının qəlbində böyük bir kədər yaradıb.

İran xalqının and içmiş düşmənləri öz xəbisliklərinin ən yüksək həddində belə güman edirdilər ki, bu cinayətlə böyük İran xalqının iradəsini sındıra və bu torpaqdan müqavimət ruhunu silə biləcəklər. Lakin onlar nəinki öz çirkin məqsədlərinin heç birinə nail ola bilmədilər, əksinə, qarşılarında əvvəlkindən daha qətiyyətli və daha həmrəy bir xalq gördülər.»

Ordunun baş komandanı müraciətinin sonunda yazıb:

«Mən, İran İslam Respublikasının şərəfli və qüdrətli Ordusunda xidmət edən bütün silahdaşlarım adından əziz xalqı, möhtərəm şəhid ailələrini, döyüşçüləri və müqavimət məktəbinin bütün davamçılarını şəhid xalq rəhbərini və onun şəhid silahdaşlarını möhtəşəm və tarix yazacaq bir iştirakla son mənzilə yola salmağa dəvət edirəm ki, dünya bir daha İran xalqının düşmənlər qarşısında təslim olmayacağını və sonadək öz mövqeyində dayanacağını görsün.»

Sizin rəyiniz

You are replying to: .
captcha