27 iyun 2026 - 14:49
Source: IRNA
SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-nin İrana növbəti təcavüzünə sərt cavab verdi

SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-nin təcavüzünə və əhdini pozmasına cavab verib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyanat yayaraq bildirib ki, təcavüzə cavab olaraq ABŞ terrorçu ordusunun regiondakı bir neçə yerləşmə nöqtəsini hədəfə alıb.

Şənbə günü səhər İRNA-nın yaydığı bəyanatın mətni belədir:

Rəhimli və Qüdrətli Allahın adı ilə.

"Kim sizə təcavüz edərsə, siz də ona etdiyi təcavüz qədər cavab verin."

Sionist rejimin Livanın cənubunda atəşkəsi pozmasının ardınca, bir neçə saat əvvəl əhdini pozan ABŞ rejimi də həmişə olduğu kimi öz öhdəliklərini pozaraq, Hörmüz boğazında qeyri-qanuni marşrutla hərəkət edərək qanunu pozan gəmini bəhanə gətirərək İran İslam Respublikasının sahillərinə hava hücumu həyata keçirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bu təcavüzə cavab olaraq ABŞ terrorçu ordusunun regiondakı yerləşmə nöqtələrini vurub.

İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İran İslam Respublikası ilə razılaşdırılıb. Lakin ABŞ müxtəlif təxribatlarla bu öhdəliyi pozmağa cəhd göstərib və buna lazımi cavab verilib. Bundan sonra da belə olacaq. Təcavüz təkrarlanacağı təqdirdə, cavabımız bundan daha genişmiqyaslı olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha