13 iyun 2026 - 19:24
Source: IRNA
Trampın yenə sayıqladı: Bu gecə İrana qarşı hücumları ləğv etdim / Danışıqlar ən yüksək səviyyədə təsdiqlənib

ABŞ prezidenti özünün fəlakətli planlarından geri çəkilərək iddia edib: İran İslam Respublikası ilə danışıqlar İranın ən yüksək rəhbərlik səviyyəsinə çatdığı və təsdiqləndiyi üçün mən, Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq, bu gecə İrana qarşı planlaşdırılan hücum və bombardmanları ləğv etdim.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın növbəti qalmaqallı prezidenti Tramp, cümə axşamı yerli vaxtla özünün Truth Social hesabında əvvəlki hədələri, iddiaları və sərt bəyanatlarını təkrarladıqdan sonra yazıb: İran İslam Respublikası ilə danışıqlar İran rəhbərliyinin ən yüksək səviyyəsinə çatdığı və təsdiqləndiyi üçün mən, ABŞ prezidenti olaraq, bu gecə İrana qarşı planlaşdırılmış hücum və bombardmanları ləğv etdim.

O, cümə axşamı bir sıra hədə və sərt açıqlamalardan sonra yenidən əvvəlki bəyanatlarından geri çəkilərək konseptual və detallı razılaşmanın əldə olunduğunu iddia edib. Hətta daha da irəli gedərək İran İslam Respublikası ilə razılaşmanın imzalanacağı vaxt və məkanın “tezliklə” elan olunacağını söyləyib.

Tramp bundan əvvəl 37 dəfə qələbə qazandığını iddia edib, 24 dəfə razılaşmanın “yaxın zamanda əldə olunacağını” bildirib və 12 dəfə də müharibənin artıq başa çatdığını elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha