Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH-ın Qüds Qanadınınn Generalı İsmayıl Qaani mesaj yazaraq bildirib: Sionist rejim bilməlidir ki, Livanın cənubundakı insanlara qarşı davam edən işğal, təcavüz və cinayətlər heç vaxt Livan xalqının və Hizbullah döyüşçülərinin müqavimət əzmini zəiflətməyəcək.
O, vurğulayıb: Livanın cənubu həmişə izzət, müqavimət və dirəniş diyarı olub və olacaq. İslam ümmətinin müqavimət və izzət simvolu olan Hizbullah Livanın müdafiəsi və işğalçı rejimin tamahkarlığına qarşı mübarizə xəttində qalacaq və haqqın batil üzərində qələbəsi ilə bağlı ilahi vəd gerçəkləşəcək.
Sizin rəyiniz