13 iyun 2026 - 18:32
Source: IRNA
Pekin İsrailin Livana və ABŞ-ın İrana hücumların dərhal dayandırılmasını tələb etdi / Diplomatik yola təkid edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Yaxın Şərqdə gərginliyin artmasından ciddi narahatlıq ifadə edərək, hücumların dərhal dayandırılmasını və tərəflərin yenidən dialoq və danışıqlar yoluna qayıtmasını tələb edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın Çin televiziyasına istinadən yaydığı xəbərə görə, Çin XİN-nin sözçüsü mətbuat konfransında hazırkı Qərbi Asiya hadisələrinə reaksiya verərək deyib: “Çin mövcud vəziyyətdən ciddi narahatlıq ifadə edir. Hərbi vasitələr problemi kökündən həll edə bilməz və region ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü hörmət edilməli və qorunmalıdır.

Pekin bütün aidiyyəti tərəflərdən dərhal hərbi əməliyyatlara son qoymağı, dialoq və danışıqlar yoluna qayıtmağı və mümkün qədər tez hərtərəfli və davamlı atəşkəsin bərqərar edilməsini tələb edir.”

Lin Cian həmçinin bildirib ki, Çin münaqişələrin başladığı andan etibarən İran da daxil olmaqla bütün tərəflərlə yaxın əlaqələri qoruyub saxlayıb və həmişə müharibənin dayandırılması və sülh prosesinin inkişafı üçün çalışıb.

Sizin rəyiniz

You are replying to: .
captcha