Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın “Əl-Həqiqə” qəzetinə istinadən məlumatına görə, Ənsarullah Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərah “X” platformasında bildirib ki, Qırmızı dəniz və Babül-Məndəb boğazında İsrail rejimi ilə əlaqəli dəniz daşımalarının qadağan edilməsi Yəmənin təzyiq altında olan xalqlara dəstəyini, ABŞ hegemonluğu və İsrail hücumlarına qarşı mövqeyini, həmçinin Yəmənin Babül-Məndəb strateji bölgəsində suverenliyini təsdiqləyir.
Əl-Fərah deyib ki, bu qərar Yəmənin müharibələr, mühasirələr və region xalqlarına yönəlmiş təzyiqlər qarşısında passiv mövqe tutmayacağını göstərir və dəniz keçidlərinin təhlükəsizliyinin ABŞ, İsrail və onların müttəfiqlərinin inhisarında olmamalı, əksinə xalqların hüquqlarına hörmət və müharibə və mühasirənin dayandırılması ilə bağlı olmalı olduğunu vurğulayır.
Sizin rəyiniz