Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi günü Təhlükəsizlik Şurasının Əfqanıstan üzrə iclasından sonra əlavə etdi ki, ABŞ və İran Pakistan vasitəsilə "yekun mətnə çatmaq üçün təqdimat və fikir mübadiləsi aparır".
İranın BMT-dəki səfiri aydınlıq gətirib: "Hələ yekun mətnə çatmamışıq", amma biz onu izləyirik.
Associated Press müxbirinin "Bu proses bu ayın sonuna (iyun) qədər başa çatacaqmı?" sualına cavab olaraq o dedi: "Ümid edirik. Ümid edirik."
İranın BMT-dəki səfiri həmçinin atəşkəsin "hərtərəfli" olduğunu və Livan da daxil olmaqla bütün regionu əhatə etdiyini vurğulayıb.
İrəvani dedi: "Düşünürəm ki, bütün tərəflər atəşkəsə qayıdıblar."
Qeyd edək ki, cənab İrəvaninin bütün bu ümidləri ABŞ və sionist rejimi tərəfindən bir daha puça çıxaraq atəşkəs rejimi pozularaq İrana və Livana qarşı hücumlar yenə davam etdirilib.
Sizin rəyiniz