Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın Hizbullah hərəkatı İsrail rejiminin hücumlarına cavab olaraq Livanın cənubunda hərbi hədəflərə qarşı əməliyyatlarını davam etdirib və İsrail ordusuna məxsus qüvvələrin toplaşdığı üç ayrı nöqtəni hədəfə alıb.
Hizbullahın yaydığı bəyanata əsasən, hərəkatın döyüşçüləri bir neçə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Livanın cənubundakı ən-Nakura qəsəbəsində İsrail hərbi texnikası və şəxsi heyətinin toplandığı ərazini vurublar.
Hizbullah qeyd olunur ki, daha bir əməliyyatda ət-Tiri qəsəbəsi ətrafında yerləşən İsrail qüvvələrinin toplaşdığı mövqe bir PUA ilə hədəf alınıb.
Eyni zamanda Hizbullah digər bir açıqlamasında Livanın cənubundakı Yəhmər əş-Şəqif bölgəsi yaxınlığında İsrail ordusuna məxsus canlı qüvvə və texnikanın toplandığı nöqtənin pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib.
Bundan başqa, Livan İslami Müqaviməti bu gün Şəqəf qalası ətrafında İsrail ordusuna məxsus “Merkava” tankının idarəolunan raketlə hədəf alındığını açıqlayıb.
Sizin rəyiniz