Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəyasət heyətinin üzvü İbrahim Rzayi Tehran Mərkəz İslam Azad Universitetinin Sosial Elmlər, Kommunikasiya və Media fakültəsində bir qrup professoru ilə görüşdə sionist rejimin atəşkəsi pozmasına İran silahlı qüvvələrinin cavabı barədə danışaraq bildirib:
Düşmən bu gün İranın Mahşəhrdə yerləşən enerji infrastrukturunu hədəfə alıb və əsas məqsəd milli dayanıqlığı sarsıtmaqdır.
Onun sözlərinə görə, bu addımlara qarşı mütləq əks tədbirlər görülməlidir.
Rzayi əlavə edib: Komandirlər bu gün düşmənin dayanıqlığını azaltmaq vəzifəsini daşıyırlar. Hörmüz boğazının idarə olunması, eləcə də Qırmızı dəniz və Babül-Məndəb boğazında həyata keçirilən və gələcəkdə də davam etdiriləcək tədbirlər nəticəsində Qırmızı dəniz düşmən üçün daha da qırmızı rəng alacaq.
Sizin rəyiniz