6 iyun 2026 - 11:40
Source: IRNA
İİR Xarici İşlər Nazirinin HƏMAS rəhbərlik şurasının üzvü ilə telefon danışığı olub

Xəlil əl-Həyyə bu danışıqda ABŞ və sionist rejimin son təcavüzü zamanı İran İslam Respublikasının ali rəhbərinin, eləcə də bir sıra komandir və ölkə rəsmilərinin şəhid olması ilə bağlı bir daha başsağlığı verib və İranın Ramazan müharibəsində əldə etdiyi böyük qələbəni – təcavüzün dəf edilməsi və hücum edənlərin məğlubiyyətə uğradılması – münasibətilə təbrik edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi və Fələstinin İslami Müqavimət Hərəkatı – HƏMAS-ın rəhbərlik şurasının üzvü doktor Xəlil əl-Həyyə telefon danışığı apararaq regiondakı son hadisələr barədə müzakirə və fikir mübadiləsi aparıblar.

Xəlil əl-Həyyə bu danışıqda ABŞ və sionist rejimin son təcavüzü zamanı İran İslam Respublikasının ali rəhbərinin, eləcə də bir sıra komandir və ölkə rəsmilərinin şəhid olması ilə bağlı bir daha başsağlığı verib və İranın Ramazan müharibəsində əldə etdiyi böyük qələbəni – təcavüzün dəf edilməsi və hücum edənlərin məğlubiyyətə uğradılması – münasibətilə təbrik edib.

O, həmçinin işğal altında olan Fələstinin, xüsusilə Qəzza zolağının son vəziyyəti barədə məlumat verib; sionist rejimin davam edən təcavüzü və işğalı, eləcə də atəşkəs razılaşmasının müddəalarının icrasına maneçilik törətməsi fonunda mövcud durumu dəyərləndirib.

Fələstin xalqının və müqavimət qruplarının milli hədəflərə – xüsusilə hücumların dayandırılması və işğalın sona çatdırılması – nail olunana qədər müqavimətin davam etdirilməsi mövqeyində olduqlarını vurğulayıb.

HƏMAS rəhbər şurasının üzvü həmçinin İran nümayəndə heyətinin regionda bütün cəbhələrdə eyni vaxtda müharibənin dayandırılması ilə bağlı mövqeyini yüksək qiymətləndirib, İran İslam Respublikasının Fələstin xalqının qanuni mübarizəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

ABNA

Sizin rəyiniz

You are replying to: .
captcha