Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ayətullah Fəyyadın (ridvanullahi əleyh) Nəcəf Əşrəfdəki ofisi, bildirib ki, Ayətullah Fəyyad (ridvanullahi əleyh) bir neçə il xəstəlikdən sonra bu gün 96 yaşında vəfat edib.
Mərkəzi ofisin yayımladığı bəyanatda bildirilir:
Rəhman və Rəhim olan Allahın adı ilə
Biz Allaha məxsusuq və Ona qayıdacağıq
Böyük kədər və hüznlə Ali Təqlid Mərcəsi, Ayətullah Hac Şeyx Məhəmməd İshaq Fəyyadın (Allah ona rəhmət etsin) vəfatı xəbərini aldıq; mübarək ömrünü dinə xidmət etməklə, İslam elmlərini öyrətməklə, alimləri və zadəganları yetişdirməklə, Əhli-Beyt (əleyhimus səlam) təlimlərinin yayılması və müqəddəs şəriət hökmlərinin izahı yolunda səy göstərərək keçirən böyük bir insan.
Şübhəsiz ki, onun vəfatı yüksək elmi və dini statusuna və özündən sora qoyduğu dəyərli elmi əsərlərinə görə İlahiyyat məktəbləri və ümumiyyətlə möminlər üçün böyük bir itkidir.
Uca Allahdan ona rəhmət etməsini, onu Məhəmməd və Onun pak Ailəsi (hamısına salam olsun) ilə bir məşhur etməsini, sağ qalanlarına, tələbələrinə, ona təqlid edənlərə və sevənlərinə səbir və əmin-amanlıq bəxş etməsini diləyirik.
Dəfn mərasimi aşağıdakı cədvələ uyğun olaraq keçiriləcək:
Müqəddəs Kazimeyn şəhərində: Cümə (19 Zilhiccə 1447) səhər saat 9-da Ali-Yasin Hüseyniyyəsindən Kazımın müqəddəs hərəminə doğru.
Kərbəla-i Müəllada: Cümə (19 Zilhiccə 1447) axşam saat 5-də İmam Hüseyn (əleyhimus səlam) və qardaşı Əbul-Fəzl əl-Abbasın (əleyhis salam) müqəddəs hərəmindən.
Nəcəf Əşrəfdə: Şənbə günü (hicri təqvimi ilə 1447-ci ilin 20 Zilhiccə ayı) səhər saat 9-da, o həzrətin Nəcəf Əşrəfdəki ofisinin qarşısından Əmirəl-möminin (əleyhimus səlam) müqəddəs hərəminə doğru.
Ən uca və ən böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur.
Onun həzrətləri Ayətullah Uzma Hac Şeyx Məhəmməd İshaq Fəyyadın ofisi
Sizin rəyiniz