Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib: Livanda atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir və ABŞ ilə İsrail rejimi istənilən pozuntu nəticələrinə görə məsuliyyət daşıyacaq.
Xarici işlər naziri Seyid Abbas Əraqçi 1 iyun tarixində “X” platformasında Livanda atəşkəsin pozulmasına işarə edərək yazıb: İran ilə ABŞ arasında atəşkəs, heç bir şübhə olmadan, bütün cəbhələrə, o cümlədən Livana da aiddir. Hər hansı cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir.
Nazir əlavə edib ki, ABŞ və İsrail rejimi hər hansı pozuntu nəticələrinə görə məsuliyyət daşıyacaq.
İRNA-nın məlumatına görə, atəşkəsə baxmayaraq, İsrail rejimi Livanın cənubundakı şəhər və kəndlərə hücumları davam etdirir, mülki əhalini və yaşayış məntəqələrini hədəf alır. Son hücumlarda 12 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb.
Sizin rəyiniz