1 iyun 2026 - 20:30
Source: IRNA
Qalibaf ABŞ-a xəbərdarlıq etdi: Sionist rejimin Livandakı cinayətlərinin bədəlini ödəyəcəksiniz

Məhəmməd Baqir Qalibaf Livanda sionist rejimin həyata keçirdiyi ağır hücumlara münasibət bildirərək ABŞ-a ünvanladığı mesajda bəyan edib: “Sionist rejimin Livandakı cinayətlərinin bədəlini ödəyəcəksiniz.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün, bazar ertəsi (1 iyun) Livanda sionist rejimin intensiv hücumları ilə bağlı X sosial şəbəkəsindəki hesabında ABŞ-a ünvanladığı mesajda yazıb: Soyqırım törədən sionist rejim tərəfindən Livana qarşı dəniz mühasirəsinin tətbiq edilməsi və müharibə cinayətlərinin daha da şiddətləndirilməsi ABŞ-nin atəşkəsə sadiq qalmadığının açıq sübutudur.”

İran parlamentinin sədri əlavə edib: “Hər seçimin bir bədəli var və onun hesabı da gec-tez qarşıya çıxır. Hər şey öz yerinə oturacaq. Sionist rejimin Livandakı cinayətlərinin bədəlini ödəyəcəksiniz. ”

Bu arada, əl-Cəzirə xəbər verib ki, sionist rejimin Livana qarşı hücumlarının başlanmasından sonra son həftələr ərzində  Livanın cənubunun çoxsaylı sakinləri İsrail bombardmanları səbəbindən evlərini tərk edərək Cəbəl-Livan bölgəsinə, ölkənin şimal şəhərlərinə və hətta Beyrutun bəzi ərazilərinə köçüblər.

Məlumata görə, Livanın cənub sakinlərinin bir qismi isə İsrailin davamlı təhdid və xəbərdarlıqlarına baxmayaraq evlərini tərk etməyib. Onlardan bir neçəsi sionist rejimin hücumları nəticəsində şəhid olub.

Sizin rəyiniz

You are replying to: .
captcha